Qarabağ
Azərbaycan ermənilərin xaraba qoyduğu Laçını cənnətə belə çevirib - Video
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Laçın şəhərinin daxili yollarının bərpası layihəsini sürətlə icra edir.
Publika.az xəbər verir ki, Agentliyə istinadən xəbər verir ki, layihə çərçivəsində yararsız örtük sökülür, zəruri olan yerlərsə yararsız qrunt qazılaraq çıxarılır, ardınca yararlı materiallardan istifadə olunmaqla əks dolğu işləri icra olunur, yeni yol yatağı və yol əsası inşa edilir. Yol əsası hazır olan hissələrə isə lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənir. Artıq bir-çox küçə və yollarda sadalanan işlər yekunlaşıb.
Uzunluğu təqribən 70 km təşkil edən Laçın şəhərinin daxili yollarının yenidənqurulması mərkəzi küçələrin və məhəllə daxili yolların bərpasından ibarətdir. Küçə və məhəllə daxili yolların eni 4-11 metr arası dəyişir.
Yenidənqurma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır.
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
















.jpg)





















