Qarabağ
Sülhməramlı "düyünü" BELƏ ÇÖZÜLÜR: "Əliyev mənə dedi ki, əsgərləriniz..." - PUTİN
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə sülhməramlıların statusu ilə bağlı ikitərəfli əsasda danışıqlar aparmağı təklif edib.
Publika.az xəbər verir ki, Rusiya prezidenti bunu “Valday” konfransında deyib.
"Ermənistan Qarabağın Azərbaycanın tərkib hissəsi kimi statusunu müəyyən edərək, öz mövqeyində keyfiyyət dəyişikliyi edib", - Rusiya Federasiyasının rəhbəri bildirib.
"Bundan sonra görüşlərin birində prezident Əliyev mənə yaxınlaşıb dedi: “Görürsən, hamı qəbul edib ki, Qarabağ bizimdir. Sizin sülhməramlılarınız bizim ərazimizdədir". Hətta Qarabağ Azərbaycanın tərkib hissəsi kimi müəyyən edildikdən dərhal sonra sülhməramlılarımızın statusu keyfiyyətcə dəyişdi.
Əliyev mənə dedi: "Əsgərləriniz bizim ərazimizdədir, indi onların statusunu ikitərəfli əsasda razılaşdıraq". Baş nazir Nikol Paşinyan da təsdiqlədi: "Bəli, indi siz ikitərəfli danışıqlar aparmalısınız", - Putin bildirib.
Hüseyn İbadlı
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı















.png)



.jpg)







.jpg)









