Qarabağ
Rusiya sülhməramlıları niyə İrəvanla müzakirə edir? - DETALLAR
Rusiyanın sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasının vaxtını Ermənistanla müzakirə etməsinin heç bir məntiqi izahı yoxdur. Əgər informasiya doğrudursa, burada Rusiyanın iki mümkün məqsədi ola bilər.
Birincisi, Moskva İrəvandan Ermənistana gedən ermənilərin müəyyən hissəsinin Qarabağa qayıtmasını təmin etməsini istəyə bilər: Xankəndidə qalan ermənilərin sayı sülhməramlıların bölgədə qalıb-qalmamasının Bakı ilə müzakirəsinə belə bəs etmir, ruslar sayı artırıb danışıqlara gəlmək istəyir; son proseslərdən sonra ermənilərin ruslara inamı qalmadığı üçün onları buna yalnız İrəvanın inandırması mümkündür;
İkincisi, Moskva sülhməramlılarını bölgədən çıxarmamışdan öncə buna görə günahı Paşinyan hakimiyyətinin üzərinə yıxmaq, çıxdıqdan sonra "Ermənistan edə bilərdi, amma etmədi" deyə bilmək üçün bu informasiyanı dövriyyəyə buraxıb;
İrəvan artıq bu informasiyanı təkzib etdi, çünki bunun qəbul edilməsi sülh danışıqlarını arxa plana atır, Ermənistanı ittiham altına salır və Paşinyanın hazırda sığındığı Qərb tərəfdaşlarını oyundan kənarlaşdırır. İmtina etməsi Bakının sülhməramlıları daha tez çıxarmaq imkanını artıran məqamdır, Rusiya da buna görə Paşinyanı günahlandıracaq.
Asif
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız















.jpg)




.jpg)
.jpg)

















