Qarabağ
Koçaryan və Sarkisyan bu yolla Bakıya gətiriləcək - Ermənilər TƏŞVİŞDƏ
13:10
Qarabağda separatçıların qandallanaraq Bakıya gətirilməsindən sonra Ermənistanda əsas müzakirə mövzularından birinin Azərbaycanın “qara siyahı”sında olan cinayətkarların taleyinin necə olacağıdır.
Publika.az xəbər verir ki, rəsmi Bakının “qara siyahı”sında Ermənistanın keçmiş prezidentləri, I Qarabağ müharibəsində Xocalı soyqırımı və digər qətliamlarda iştirak etmiş Robert Koçaryan və Serj Sarkisyan da daxil olmaqla 200 nəfərin adının olduğu haqda məlumatlar var.
Bu cinayətkarların bir qismi artıq qandallanıb. Bəs digərlərinin cəzalandırılması baş tutacaqmı?
Aydındır ki, Ermənistan bu şəxsləri Azərbaycana verməkdən imtina edəcək. Lakin erməniləri qorxudan Bakının cinayətkarları həbs etmək üçün başqa yollardan istifadə edəcəyidir.
Erməni hüqşünas Siranuş Saakyan İrəvanda keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan “qara siyahı”da olan şəxsləri üçüncü ölkələrdə həbs edə bilər. O, işğal dövründə Qarabağa qanunsuz səfər etmiş Aleksandr Lapşinin Belarusda qandallanaraq Bakıya gətirilməsini buna nümunə kimi göstərib.
Azərbaycan cəmiyyəti üçün əsas məsələlərdən biri Robert Koçaryan və Serj Sarkisyanın cəzalandırılmasıdır. Bu şəxslər azərbaycanlılara qarşı qətliamların birbaşa təşkilatçılarındandır. Sarkisyan Xocalıda soyqırımı törətdiklərini özü də etiraf edib. Şübhəsiz ki, bu şəxslərin cəzalandırılması Azərbaycan dövlətinin hədəflərindən biridir və bir gün Koçaryan və Sarkisyanın üçüncü ölkələrin birində qandallanaraq, Bakıya gəririlməsi istisna edilməməlidir.
Asif
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi












.png)





.jpg)


.jpg)
















