Qarabağ
Separatçılara son zərbə: Şahramanyanın bu istəyi Paşinyanı qəzəbləndirdi
Qarabağdan qaça bilən separatçıların Ermənistanda da fəaliyyət göstərməsinə icazə verilmir.
Publika.az xəbər verir ki, keçmiş separatçı rejimin sonuncu “başçısı” Samvel Şahramanyan Ermənistanda müşavirə keçirmək istəsə də, buna icazə verilməyib.
“Hraparak” nəşri yazır ki, Şahramanyanın “mübarizənin davam etdirilməsi” haqda açıqlamalar vermək istəməsi Paşinyan tərəfindən qəzəblə qarşılanıb.
“Artıq hakimiyyət onlara təzyiq etməyə başlayıb. Məlumatlara görə, “artsax”ın İrəvandakı “nümayəndəliyi” və “operativ qərargahının” ləğv edilməsi qərarı verilib. Eyni zamanda, artıq keçmiş separatçı rejim “işçilərinə” maaş da verməyib, çünki Ermənistan hakimiyyəti daha onları maliyyələşdirmir.
Qeyd edək ki, erməni separatçılar Qarabağda özlərini buraxdıqdan sonra Ermənistanda fəaliyyətlərini davam etdirə və qondarma "artsax" üzərindən eyni iddialar irəli sürə biləcəklərinə ümid edirdilər. Lakin Ermənistan hakimiyyətinin addımları separatçılara son zərbə oldu.
Asif
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız












.jpg)




.jpg)
.jpg)



















