Qarabağ
Qarabağı tərk edən ermənilərə "qaçqın" statusu verilə bilməz - Bu fakta görə
Əgər Azərbaycan Respublikasının vətəndaşları olsaydılar, o zaman "qaçqın statusu"nun verilməsi barədə düşünmək gərəkərdi. Lakin fakt odur ki, həmin kəslər üzərlərində Ermənistan pasportu və ya digər qeyri-qanuni sənədlər daşıyırlar.
Bunu Publika.az-a açıqlamasında hüquq üzrə fəlsəfə doktoru, beynəlxalq hüquq üzrə ekspert Elgün Səfərov deyib.
Xatırladaq ki, Fransanın təşəbbüsü ilə bir qrup dövlət oktyabrın 11-də BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycan əleyhinə birgə bəyanat verib. Bəyanatda öz əksini tapan iddialardan biri də Qarabağdan Ermənistana köçən erməni əhalisinə "qaçqın statusu"nun verilməsidir.
Məsələyə münasibət bildirən ekspert qeyd edib ki, bu bəyanat da əvvəlkilər kimi qərəzli mövqe göstəricisi və heç bir həqiqətə söykənməyən tələblər toplusudur:

"Onlar Azərbaycanı erməni kimi tərk edib, azərbaycanlı kimi deyil. Bu tərketmə prosesində də tərəfimizdən əsla məcburiyyət olmayıb. Dəfələrlə Qarabağın erməni əhalisinə ölkəmizdə qalmaq təklif edilib, digər Azərbaycan vətəndaşları kimi bütün hüquqlarının qorunacağı vəd olunub. Yəni onlar Qarabağdan Ermənistanın təhrikilə çıxır".
Mehti Kamiloğlu
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
















.jpg)



.jpg)


















