Qarabağ
Qarabağı tərk edən ermənilər bu halda geri dönə bilərlər - Saxta müxalifətdən SƏRSƏM BƏYANAT
Azərbaycanın Qarabağ iqtisadi rayonunda özlərinə qondarma "dövlət" quran erməni separatçılarının bu dəfə müxalif düşərgəsindən sərsəm açıqlama gəlib.
Publika.az xəbər verir ki, bu barədə "Hraparak" məlumat yayıb.
Özünü "Vahid Vətən" partiyasının lideri adlandıran Samvel Babayan Qarabağı tərk edən ermənilərin hansı halda geri döncəkləri ilə bağlı danışıb.
"Hər halda, haqqında danışdığım xüsusi proqramlar şöbəsi proqram həyata keçirilməlidir: İstər Qarabağa qayıdış olsun, istərsə də Ermənistanda məskunlaşma. Xüsusi "muxtar vilayət" statusu verilməsə, xalq geriyə qayıdıb Qarabağda məskunlaşmayacaq", - o iddia edib.
Qeyd edək ki, Azərbaycan Ordusu 19-20 sentyabr tarixlərində Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirib. Bunun nəticəsi olaraq separatçı rejim ağ bayraq qaldırıb və təslim olub. Həmçinin qanunsuz silahlı ünsürlər də bütün silahları təhvil verib.
Bundan əlavə, özünü qondarma rejimin "prezidenti" adlandıran şəxs, 1 yanvar 2024- ci tarixində saxta dövlətin buraxılması ilə bağlı fərman imzalayıb.
Hüseyn İbadlı
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?















.jpg)




.jpg)


















