Qarabağ
Xankəndiyə bayrağımız niyə bu tarixdə sancıldı? - Əliyevin ANDI
09:06
Prezident İlham Əliyev Xankəndiyə, Xocalıya, Əsgərana, Xocavəndə və Ağdərəyə bayraq sancaraq, Azərbaycanın suverenliyinin tam bərpa edilməsini rəsmiləşdirdi. 15 oktyabr artıq Azərbaycanın suverenliyinin bərpası günü olaraq tarixə keçdi.
Xankəndidə bayrağımızın niyə bu təqvimdə ucaldılması təsadüfi deyil. İlham Əliyev ilk dəfə 2003-cü ilin 15 oktyabrında Azərbaycan Prezidenti seçilib. Əliyev 20 il öncə - ilk dəfə Prezident seçiləndə bütövlüyümüz və suverenliyimizin bərpa olunacağını bəyan etmişdi.
“Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir” – Əliyev 20 il öncə belə deyirdi.
Və Prezident kimi bütün fəaliyyətini bu hədəfə çatmaq – torpaqlarımızı azad etmək, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmək istiqamətində qurdu. 3 il öncə - 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi, lakin erməni separatizmi təmizlənmədiyi üçün suverenliyimizin bərpası prosesi başa çatmamışdı. 3 il ərzində Prezident İlham Əliyev bütün cəbhələrdə mübarizə apararaq, suverenliyimizin bərpasına da nail oldu. Beləliklə, müstəqilliyin bərpasından sonra Azərbaycan ilk dəfə ərazi bütövlüyü və suverenliyi bərpa edilən dövlət oldu.
Prezident İlham Əliyev 20 il öncə ilk dəfə Prezident seçiləndə andiçmə mərasimində Azərbaycan Konstitusiyasına və “Qurani-Kərimə” əl basaraq, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa ediləcəyinə and içmişdi. Və 20 il sonra Xankəndiyə bayraq sancaraq, andına əməl etdi.
Asif
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək












.jpg)








.jpg)


















