Qarabağ
Ermənilər Bakıya qarşı taktikanı dəyişir: İki məsələni irəli sürəcəklər
Prezident İlham Əliyev Xankəndidə dövlət bayrağını dalğalandırdıqdan sonra Ermənistanda taktikanı dəyişmək haqda fikirlər səsləndirilir.
Publika.az xəbər verir ki, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Qarabağ iddiasından əl çəkməmək çağırışı edib və rəsmi İrəvana iki istiqamətdə işləmək təklifi ünvanlayıb.
“Ermənistan hakimiyyəti Azərbaycanla danışıqların gündəliyini dəyişdirməli, iki əsas məsələni önə çıxarmalıdır. Birincisi, ermənilərin Qarabağa qayıtması, ikincisi, “erməni məhbusların” və Qarabağın “rəhbərlərinin” (separatçı liderlər) azad edilməsidir. Bu iki məsələ şərəf və milli ləyaqət məsələdir”, - Oskanyan deyib.
Əslində Oskanyan da anlayır ki, bu dediklərini reallaşdırmaq çətindir. Hərçənd, o bununla Paşinyana “ağıl verən” siyasətçi kimi görünmək istəyindədir. Eyni zamanda, bu təkliflər Ermənistanda revanşistlərin Qarabağ iddiasını fərqli formada davam etdirmək niyyətindən xəbər verir.
Asif
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız















.jpg)
.jpg)





















