Qarabağ
Qarabağa hansı ermənilər qayıda bilər? - Bu şəxslərə şans tanınmayacaq
Bu məsələ, doğrudan da, mürəkkəbdir. Lakin bir dəyişilməz həqiqət var ki, qaytarılma prosesi yalnız 1990-cı illərədək Qarabağda yaşayan ermənilərə şamil ediləcək. O da bir şərtlə ki, Azərbaycan vətəndaşlığını qəbul edib, qanunlarımıza tabe olsunlar. Qarabağı tərk edən digər ermənilərə isə şans tanınmayacaq.
Bu fikirləri Publika.az-a açıqlamasında siyasi şərhçi İlqar Vəlizadə bildirib.

İ.Vəlizadə deyib ki, Qarabağa sonradan hansısa ölkədən köçürülmüş, yəni "gəlmə" ermənilər böyük əksəriyyət təşkil etsə də, onların reinteqrasiyasından söhbət gedə bilməz.
"Münaqişədən qabaq Qarabağda təqribən 30-40 min erməni yaşayıb. Həmin ermənilərin də uşaqları, nəvələri və s. artıq çoxdan regionu tərk edərək, başqa ölkələrə köçüblər. Hesab etmirəm ki, onlar qayıtmaq niyyətində olsunlar.
Hansılarının Qarabağda mülkləri, əmlakları varsa, bəlkə də, nə vaxtsa qayıtmağı düşünərlər. Buna o kəslərin yoxsulluqdan əziyyət çəkmələri də səbəb ola bilər. Konkret olaraq isə cəmi bir neçə min erməninin Qarabağa qayıdacağını təxmin etmək olar", - ekspert qeyd edib.
İ.Vəlizadəyə görə, Qarabağı tərk edən ermənilərə qayıtmaları barədə müraciət müddətli xarakter daşıyacaq:
"Onlar qərar verməlidirlər. Qoyulan müddətdə qayıtmasalar, üzlərinə bütün qapılar bağlanacaq. O şəxslərin bütün qeyri-qanuni daşınmaz əmlakları söküləcək. Çünki "Böyük qayıdış planı" çərçivəsində Qarabağ iqtisadi regionunda bərpa-quruculuq işləri görülür və həmvətənlərimiz öz evlərinə köçürülməlidir".
Mehti Kamiloğlu
-
MDB09:55Rusiya: Tokionun remilitarizasiyasına cavab tədbirləri görəcəyik!
-
ABŞ09:28İrana yeni hücum planlaşdırılır? - ABŞ rəsmiləri bir neçə saatlıq gizli görüş keçirdilər
-
ABŞ06:16ABŞ-da təyyarə qəzası: Məşhur israilli aktyor həlak oldu
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video

































.jpg)

