Qarabağ
Gəncədə şəhidin həyat yoluna həsr olunmuş kitabın təqdimatı keçirilib
Şəhid Fariz Həsənova həsr olunmuş kitabın təqdimatı keçirilib.
Publika.az xəbər verir ki, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Gəncə şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16№-li kitabxana filialında İkinci Qarabağ müharibəsinin şəhidi Fariz Şahin oğlu Həsənovun anım günü ilə əlaqədar "Sevən qəlbin fəryadı" kitabının təqdimatı keçirilib.

Tədbirdə kitabın müəllifi - şəhidin həyat yoldaşı Əzizə Fariz, Fariz Həsənovun qohumları, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri, şəhid anaları, qazilər, müəllimlər, şagirdlər, həmçinin digər şəxslər iştirak ediblər.
Tədbirdən əvvəl Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təqdimat mərasimində şəhidin həyat yoldaşı Əzizə Fariz və Qarabağ müharibəsinin qazisi Rauf Qəmbərov şəhid haqqında xatirələrini bölüşüb, o cümlədən, digər natiqlər Vətən müharibəsi iştirakçılarının keçdiyi qəhrəmanlıq yolundan qürurla bəhs ediblər.

Sonda Əzizə Fariz “Sevən qəlbin fəryadı” kitabını tədbir iştirakçılarına hədiyyə edib.
Mehti Kamiloğlu
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək












.jpg)








.jpg)


















