Qarabağ
Qarabağa qayıtmaq istəyən ermənilərin hiyləgər planı: Azərbaycanın cavabı nə olacaq? - VİDEO
09:06
Oktyabrın 5-də Qranadada (İspaniya) imzalanmış bəyanatda göstərilir ki, Qarabağ ermənilərinin qeyd-şərtsiz BMT missiyasının monitorinqi altında öz dədə-baba torpaqlarına qayıtması təmin edilməlidir. Bu müddəa nəinki əsassızdır, ümumiyyətlə, həmin bəyanatın özü Azərbaycanın ərazi bütövlüyünə və onun suveren hüquqlarına hörmətsizlik faktıdır.
Bu fikirləri Publika.az-a açıqlamasında siyasi analitik Orxan Amaşov bildirib.

O.Amaşov Qarabağı tərk edən ermənilərdən kimlərin Azərbaycana qayıda biləcəyinə aydınlıq gətirib:
"Danılmazdır ki, Ermənistan öz xislətinə sadiq qalaraq, 30 illik işğal dövründə Qarabağda qanunsuz məşkunlaşma siyasəti həyata keçirib. Yəni bölgədəki ermənilərin bir qismi oraya başqa yerlərdən köçürülüb. Sentyabrın 19-20-də həyata keçirilən anti-terror tədbirlərindən sonra Qarabağı tərk edən ermənilərin də əksəriyyəti məhz həmin kəslərdir".
""Geri qayıtmaq hüququ" deyilən bir anlayış var. Bu, Ümumdünya İnsan Haqları Bəyannaməsinin 13-cü maddəsində də öz əksini tapıb. Orada qeyd olunur ki, hər kəs öz ölkəsi də daxil olmaqla istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna malikdir. Bu isə o deməkdir ki, şəxsin öz ölkəsi onun vətəndaşı olmadığı ölkə də sayıla bilər. İndi Qarabağı tərk edən ermənilər də geri qayıtmaq üçün həmin qanunvericilik prinsipinə sığınmaq istəyir. Lakin Azərbaycan buna imkan verməyəcək.
Əlbəttə ki, yalnız Qarabağ erməniləri geri qayıda bilərlər, sonradan Qarabağda qeyri-qanuni yerləşdirilmiş ermənilər deyil. Amma reinteqrasiya proqramına qoşulmaqla, Azərbaycan vətəndaşlığına qəbul olunmaqla bağlı vəsatət təqdim etmək və sonra Azərbaycan vətəndaşı kimi ərazimizdə yaşamaq şərtilə", - analitik diqqətə çatdırıb.
O.Amaşov hesab edir ki, ermənilərin Qarabağa qayıtmaq istəyi onların 44 günlük müharibədən öncəki düşüncəsinə dayanır: "Onlar hər zaman Azərbaycanda bir anklav şəklində qalacaqlarını düşünürdülər. Elə bilirdilər ki, Laçın yolu vasitəsilə istədikləri kimi Ermənistana gedib-gələcəklər. Bu gün də onu arzulayırlar. Ümidlidirlər ki, keçmiş vəziyyəti bərpa edəcəklər. Lakin bu, sadəcə bir arzu, ümid olaraq qalacaq".
Mehti Kamiloğlu
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar























.jpg)















