Qarabağ
Türkdilli dövlətlərin gənc energetikləri Hadrutda - YENİLƏNDİ
I Beynəlxalq Peşə Ustalığı Yarışması Azərbaycanın işğaldan azad edilmiş ərazilərində keçirilməsi simvolik məna daşıyır.
Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev bildirib.
Onun sözlərinə görə, məqsəd qonaqları bu ərazilərlə yaxından tanış etməkdir: “Qardaş ölkələrin energetiklərinin işğaldan azad edilmiş rayonlara dəvət edilməsi simvolik olmaqla yanaşı, yarış iştirakçılarını “Azərişığ”ın gördüyü işlər, xüsusilə innovativ həllərə dair tətbiq edilən yeniliklər, SCADA sistemi, qapalı yarımstansiya forması və digər işlərlə tanış etməkdir. Onu da qeyd edim ki, buradakı şəhərlərin əksəriyyətində elektrik şəbəkələrində ənənəvi dayaqların heç biri olmayacaq. Elektrik şəbəkələri tamamilə yeraltı, mühafizə olunan xüsusi izolasiyalı kabellərlə qurulur. Biz bunu ilk dəfə Şuşada tətbiq etmişik və digər ərazilərdə də tətbiqini davam etdiririk”.
X X X
12:40
Xocavənd rayonunun Hadrut qəsəbəsində türkdilli dövlətlərin gənc energetikləri arasında "Paylayıcı Şəbəkələrin Rəqəmsal Transformasiyası" I Beynəlxalq Peşə Ustalığı Yarışması keçirilir.
Publika.az-ın məlumatına görə, yarışmanı "Azərişıq" ASC Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə təşkil edib. Yarışmaya Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyasının Tatarıstan, Türkiyə və Özbəkistandan energetiklərdən ibarət komandalar qatılıb.
Yarış iştirakçıları ilk olaraq Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.
Tədbir iştirakçıları daha sonra açılış mərasimində iştirak etmək üçün Hadruta yola düşüblər. Açılış mərasimində ölkələrin təqdim edilməsindən sonra Dövlət Himni səsləndirilib.
Daha sonra Prezident İlham Əliyevin tapşırıqları əsasında "Azərişığ"ın işğaldan azad olunmuş ərazilərdə gördüyü yenidənqurma işləri haqda məlumat verilib.



-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar























.jpg)















