Qarabağ
Nikol antiterror tədbirləri zamanı Şahramanyana telefonda nə deyib? - Detallar açılır
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda separatçıların qondarma rejimi buraxması qərarını dəstəkləyib.
Publika.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri mənbələrinə istinadən məlumat yayıb.
Nəşr yazır ki, Ermənistan hakimiyyəti Samvel Şahramanyanın özünü buraxmaq qərarından xəbərsiz olduğunu elan etsə də, əslində Paşinyan həmin qərar açıqlanmamışdan öncə mətnlə tanış olub.
“Paşinyan Şahramanyana deyib ki, Azərbaycanın bütün tələblərinə razılıq verəcək, hərbi eskalasiyanı dayandırmaq üçün hər şeyi etməlidir. Azərbaycan “artsax”ın buraxılması, “ordunun” ləğvi və silahların təhvil verilməsinin əks olunduğu tələblərini təqdim edəndə Şahramanyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sədri Armen Abazyanla əlaqə saxlayıb və onun vasitəsilə Paşinyanla telefonda danışıb. Paşinyan ona bütün tələblərin dərhal qəbul edilməsini, eskalasiyanın Ermənistan ərazisinə keçməsinə imkan verməməsini deyib”, - nəşr yazıb.
Asif
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız




































