Qarabağ
Şahramanyan sirləri açacaq: separatçıların davası böyüyür - Nikolun planı nədir?
09:06
Qarabağda ləğv edilən qondarma rejimin “rəhbəri” Samvel Şahramanyan İrəvanda yeni çıxışa hazırlaşır.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, Şahramanyan yaxın günlərdə “susqunluğunu” pozacaq və hər şeyi açıqlayacaq.
“Hraparak” nəşri yazır ki, Şahramanyan Babayandan fərqli olaraq Ermənistanın İctimai kanalında danışmayacaq: “Ona burada efir vaxtı verilməyib. O, sadəcə müsahibəsini dərc edəcək və hər şeyi – Qarabağdan çıxmamışdan öncə baş verənləri, aparılan danışıqlar, Ermənistana qayıdan erməni əhalisinin problemləri, o cümlədən, hansı problemlərin “ixtira edildiyini” açıqlayacaq”.
Şahramanyanın Paşinyan hakimiyyəti ilə qarşıdurması fonunda onun fikirlərinin yeni qarşıdurmaya səbəb olacağı gözləntisi var. Məlumatlara görə, Ermənistan hakimiyyəti separatçıları sıradan çıxarmaq üçün yeni addımlar atmağa hazırlaşır.
“Hraparak” yazır ki, Paşinyan Şahramanyana qarşı Babayanla yanaşı, yeni fiqur da irəli sürmək niyyətindədir.
“Məlumatlar var ki, hakimiyyət Babayanın Şahramanyana qarşı təşkil etdiyi aksiyadan razı qalmayıb. Artıq yeni fiquru oyuna daxil etmək niyyətindədir. Bu şəxsin keçmiş “xarici işlər naziri” Armen Qriqoryan olacağı gözlənilir”, - nəşr yazır.
Nəşr əlavə edir ki, Paşinyanın planı (qondarma) “artsax” “strukturlarını” ləğv etmək, onları QHT-yə çevirməkdir.
Asif
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız




































