Qırmızı.az
Sumqayıtda səyyar protez-ortopedik bərpa xidməti təşkil ediləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Sumqayıt şəhərində yaşayan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün səyyar formada protez-ortopedik bərpa xidməti təşkil olunacaq.
Publika.az ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət tibbi-texniki briqada iki gün ərzində, yəni avqustun 11-12-də saat 9.00-dan 18.00-dək nazirliyin Sumqayıt Əlillərin Regional Bərpa Mərkəzində (Sumqayıt şəhəri, Bakı küçəsi, məhəllə 40) əlilliyi olan şəxsləri və sağlamlıq imkanları məhdud uşaqları ehtiyac duyduqları protez-ortopedik məmulatlarla, reabilitasiya vasitələri ilə təmin edəcək. Səyyar xidmət göstərilməsi nəzərdə tutulan şəxslərin əvvəlcədən qeydiyyatı aparılıb. Bununla belə, Sumqayıt şəhərində yaşayan və protez-ortopedik məmulatlara, müxtəlif reabilitasiya vasitələrinə ehtiyac duyan digər şəxslər də göstərilən vaxtda və ünvanda səyyar briqadaya müraciət edə bilərlər.
Qeyd olunan səyyar tibbi-texniki briqada 2013-cü ilin dekabr ayında ƏƏSMN-nin müvafiq Əmrinə əsasən yaradılıb və hər ay bir dəfədən az olmayaraq respublikamızın bölgələrində səyyar formada protez-ortopedik bərpa xidməti həyata keçirir.
Gülnar Əliyeva
-
Dünya17:22
Prokuror Netanyahunun həbsini tələb etdi
-
Rəsmi xronika16:56
İlham Əliyev sərəncam imzaladı
-
Pul16:43
Nazir lirənin son vəziyyətini açıqladı: Ucuzlaşma prosesi...
-
Rəsmi xronika15:36
Regionda sülh üçün tarixi imkanlar yaranıb - Prezident
-
Region15:01
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı - Necə baş verib?
-
Region14:16
Putin göstəriş verib, iki təyyarə havaya qalxıb: Birinci təyyarə Təbrizə yaxınlaşanda...
-
İdman13:41
Martda Bakıda olan sarışın gözəli sevgilisinə necə uğur gətirdi? - FOTOLAR
-
Region12:17
Rəisinin dəfn mərasimi bu şəhərdə keçiriləcək