Qırmızı.az
QHT-lərə Dövlət Dəstəyi Şurası yeni qrant müsabiqəsi elan etdi
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.
Şuranın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə,
gündəlikdə duran məsələlər haqqında məlumat verən Şura sədri,
millət vəkili Azay Quliyev yerli QHT-lər üçün yeni qrant müsabiqəsi
haqqında danışıb. A.Quliyev müsabiqə üçün təklif edilən mövzular
haqqında Şura üzvlərinə ətraflı məlumat verib. Bunlar 2014-cü il
bələdiyyə seçkiləri ilə bağlı seçicilərin maarifləndirilməsi və
seçkilərin monitorinqi, mənəvi və əxlaqi dəyərlərin təbliği,
ictimai və sosial sahədə innovativ təşəbbüslərin dəstəklənməsi
mövzularıdır.
Katibliyin icraçı direktoru Fərasət Qurbanov QHT-lər tərəfindən
göndəriləcək layihə təkliflərinin yenə elektron şəkildə Şuranın
www.e-qht.az saytı vasitəsilə qəbul olunacağını bildirib.
F.Qurbanov QHT-lərdən reyestrdən çıxarış sənədinin tələb
edilməsinin əvvəlki tək müsabiqə şərtlərindən biri olduğunu qeyd
edib.
Şura sədri qrant müsabiqəsi üçün təklif edilən mövzuların önəmindən
bəhs edərək onların hər üçünün aktuallıq kəsb etdiyini bildirib.
A.Quliyev QHT-lərin layihə təkliflərinin innovativliyi ilə
fərqlənməsinin vacibliyini də vurğulayıb. O, QHT-lərin 1 aprel
2012-ci ildən etibarən alınmış reyestrdən çıxarışlarının Şura
tərəfindən qəbul edilməsinin uyğun olduğunu qeyd edib.
Qarşılıqlı anlaşma və müzakirə şəraitində keçən görüşdə 13 mart
2014-cü ildə yerli QHT-lər üçün növbəti qrant müsabiqəsinin elan
edilməsi haqqında qərar qəbul edilib. Şura, eyni zamanda, 17 mart
2014-cü ildə QHT-lər üçün məlumatlandırma sessiyasının
keçirilməsini məqsədəuyğun sayıb.
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq