Qırmızı.az
Mahal İsmayıloğlu dünyasını dəyişdi
Müasir Azərbaycan jurnalistikasının tanınmış isimlərindən biri olan Mahal İsmayıloğlu vəfat edib.
Bu barədə Musavat.com-a mərhumun qızı Ayan Sadıqlı xəbər verib.
Onun sözlərinə görə, Respublika xəstəxanasında müalicə olunan Mahal İsmayıloğlunun böyrəkləri bu gün öz funksiyasını itirib və jurnalist saat 13.20-də vəfat edib. Qeyd edək ki, M.İsmayıloğlu xəstəliyi ilə bağlı Türkiyədə də müalicə kursu keçmişdi. Onun ürəyində də problemlər vardı.
M.İsmayıloğlu jurnalistlik fəaliyyəti dövründə "Aydınlıq", "Xalq qəzeti", "Yeni Müsavat" qəzetlərində çalışıb, köşə yazıları ilə çıxış edib. O, bir müddət "Xalq qəzeti"nin baş redaktoru vəzifəsində də çalışıb. Allah rəhmət eləsin. P.S. Mahal İsmayıloğlunun hüzr mərasimi Naxçıvani küçəsi 18, mənzil 34-də keçiriləcək (Azadlıq prospekti, İstanbul evlərinin arxası).
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO