Qırmızı.az
İt demə, o da dəxi bizim birimiz... – Metropolitendən itlə bağlı AÇIQLAMA
Bir neçə gündür sosial şəbəkələrdə müzakirə mövzusu metroda gənc qızın itini yanında otuzdurub, yaşlı kişiyə yer verməməsidir. Qızın yer verməməsi sosial şəbəkə istifadəçilərinin mövzusu olsa da, bizim diqqətimizi çəkən itin metroya ağızlıqsız daxil olmasıdır. Üstəlik, bu, ilk hal deyil, heyvanların ağızlıqsız metroya daxil olması barədə sosial şəbəkədə şəkillər yayılır. Ağızlıqsız heyvanın insanların ən çox istifadə etdiyi nəqliyyat vasitəsində olması xeyli təhlükəli görünür. Bəs heyvanlar metroya daxil ola bilərmi?
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Publika.az-a açıqlamasında bildirib ki, kiçik ev heyvanlarını metroya keçirmək olar.
“Lakin onlar xüsusi konteyner və ya qəfəsdə olmalıdır. Bu qayda həmin heyvanların təkcə insanlara zərər vurmaması üçün deyil, həm də metronun zibillənməməsi üçün qoyulub”.
Metroda zaman-zaman heyvanların açıq formada qatarlarda görüntüsünün yayılmasına gəldikdə, N.Paşayev bu faktları araşdırmağa ehtiyac olduğunu deyib:
“Bu faktların hansı stansiyada, saat neçədə yaşanması barədə məlumatımız yoxdur. Bu məlumatlar olmadığına görə faktları araşdıra bilmirik. Ola bilər ki, həmin heyvanlar kiminsə məsuliyyətsizliyindən istifadə olunaraq, ya da çantada keçirilib, sonradan çıxarılıb. Dəqiq saat olsaydı, müşahidə kameralarımız vasitəsilə araşdırma apara bilərdik”.
Gülxar
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq