Qırmızı.az
İki nazirliyin 30 əməkdaşı vəzifədən azad olunub
Bu ilin ötən dövrü ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin 30 əməkdaşı yaş həddinə görə vəzifədən azad olunub.
Bu barədə "Report"un sorğusuna cavab olaraq adıçəkilən nazirliklərin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyin mətbuat xidmətindən bildirilib ki, nazirlikdə əmək qanunvericiliyinin tələblərinə ciddi formada əməl edilir: "Əmək Məcəlləsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Bu ilin ötən dövrü ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 27 əməkdaşı yaş senzinə görə işdən azad olunub".
Məlumatda qeyd olunub ki, 65 yaşa çatan işçinin dövlət müəssisəsində çalışma müddətini müvafiq dövlət orqanının rəhbəri hər dəfə 1 ildən çox olmayaraq uzada bilər: "Nazirliyin bir neçə əməkdaşının 65 yaşı tamam olmasına baxmayaraq, tutarlı səbəblərdən onların işdə qalmaları müəyyən müddətə uzadılıb".
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, 2015-ci ilin ötən dövründə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş senzinə çatan nazirliyin 3 əməkdaşının əmək müqaviləsinə xitam verilib.
-
Rəsmi xronika14:07İlham Əliyev bu idmançılara ev verdi
-
Sağlamlıq12:55Çindən gələn "xərçəng çarxı" - Bu təkərlərdə təhlükəli maddələr aşkarlandı
-
İdman12:36Ulduzlar Milad bayramını belə keçirdilər: Neymar hansı sevgilisinin yanına gedib? - FOTOLAR
-
MDB11:02Rusiyalı general 56 yaşında öldü
-
Dünya10:50Hakimiyyət uğrunda mübarizə: Zelenski onu “bir nömrəli düşmən” elan etdi
-
Ekologiya10:12Qar yağır - Faktiki hava
-
İdman09:12Antonella ilə Messinin Milad - FOTOSU
-
İdman07:30Ronaldodan Milad paylaşımı - VİDEO






.png)









.jpg)


.jpg)


















