Qırmızı.az
Sel sularının dağıtdığı körpü yenidən qurulur - FOTO
Bir müddət öncə yağan intensiv yağışlar nəticəsində Lənkəran-Lerik avtomobil yolunun 36-cı kilometrliyindən Təbrizli kəndinə gedən yol üzərində sel sularının dağıtdığı dəmir körpünün yerində yeni körpü inşa edilir.
“Azəravtoyol”ASC-dən Publika.az-a verilən məlumata görə, sovet hakimiyyəti dövründə dəmir konstruksiyadan yığılan və istismar müddəti bitən körpünün uzunluğu 32 metr, eni isə 3,5 metr idi. Yeni inşa edilən körpü isə dəmir-beton konstruksiyalı olmaqla uzunluğu 19 metr, eni isə 4,5 metr olacaq.
Hazırda yeni körpünün dayaqlarının inşası aparılır. Buna paralel olaraq suların körpünün dayaqlarına ziyan vurmaması üçün su tənzimləyici qurğunun da tikintisi həyata keçirilir. Tikinti işləri "Azəravtoyol" ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun yüksək keyfiyyətlə aparılır və tez bir zamanda yekunlaşdırılması nəzərdə tutulub.
Qeyd edək ki, hərəkətinin dayanmaması məqsədi ilə çayın avtonəqliyyat vasitələrinin məcrası hamarlanmaqla müvəqqəti olaraq keçid təmin olunub.
-
Sosial12:13Bu universitetdə erməni dilində kurslar təşkil edildi
-
Nida Xəbər 11:47Baş nazirdən quru sərhədlərlə bağlı mühüm açıqlama
-
Sosial11:18Mayda 14 gün qeyri-iş günü olacaq
-
Nida Xəbər 11:03Milli Məclisin iclası başladı
-
Nida Xəbər 10:36Ali Məhkəmədən mühüm qərar
-
İdman10:18Trampın Ceyk Polla rəqsi gündəm oldu - VİDEO
-
Dünya09:48Pakistan Əfqanıstanı bombalayır: İtkilər var
-
Region09:28İran yenidən Türkiyəyə raket atdı: Hədəf bura olub - Video
































