Qırmızı.az
Tərtərin icra başçısı: “Onlara sürpriz hazırlamışam”
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ermənilərin işğal altındakı Xaçınçay su anbarına və eyniadlı çaya müxtəlif növ hərbi sursat atması və onların partlamasından danışıb.
İcra başçısı Publika.az-a açıqlamasında deyib ki, hazırda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) nümayəndələri kəndlərin əkin sahələrinə dəyən ziyanla bağlı araşdırma aparırlar. Onun sözlərinə görə, ermənilərin vaxtilə qarşısını kəsdikləri çayları açıb buraxmaları nəticəsində yaranmış sel Tərtərdə taxıl sahələrini bassa da, xoşbəxtlikdən mina partlaması nəticəsində ölən və yaralananlar olmayıb.
M.Məmmədov deyib ki, hazırda Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları tərəfindən rayonda mina təmizlənməsi işləri davam etdirilir: “Hazırda ANAMA 7 briqada ilə Tərtərdə fəaliyyət göstərir. Hər gün yeni sahə yoxlanılır. Kombaynlar taxıl sahələrinə girməmişdən öncə, ANAMA-nın heyəti ərazini yoxlayır, daha sonra taxıl biçiminə başlanılır. Ermənilərin su anbarlarından axıtdığı sular nəticəsində Tərtərin bir sıra ərazilərini su basıb. Hazırda bizim üçün ziyan bundan ibarətdir”.
İcra başçısı həmçinin qeyd edib ki, ermənilərin Azərbaycana vurduğu bu ziyanlarla bağlı faktlar yaxın vaxtlarda ATƏT-in müşahidəçilərinin diqqətinə də çatdırılacaq: “ATƏT-in müşahidəçiləri üçün yaxşı sürprizlər hazırlamışam. Ermənilərin Azərbaycan kəndlərinə atdığı raket və top mərmilərinin qalıqları ANAMA tərəfindən təmizlənir və toplanır. Biz həmin mərmiləri ATƏT nümayəndələrinə göstərəcəyik”.
Tərtər İcra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov Publika.az-a açıqlamasında bildirib ki, Hüsənli kəndində partlayış baş verməyib: “Xaçınçay rayonun Hüsənli kəndindən keçir. Müəyyən daşqınlar olsa da, partlayış baş verməyib. Çay daha çox Ağdam rayonu ərazisindən keçir, ola bilər ki, partlayış da həmin rayon ərazisində baş verib”.
Ağdam icra hakimiyyəti başçısının müavini Raqub Məmmədov isə Publika.az-a açıqlamasında bildirib ki, rayonun Dərbənd kəndi ərazisində partlayış olması barədə məlumat verilib: “Bizə verilən məlumata görə, Xaçınçayın gətirdiyi piyada minası partlayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Sabah ANAMA gəlib çay boyu əraziyə baxış keçirəcək. Hazırda isə çayın suyundan suvarma üçün istifadə edilir”.
Vasif Həsənli
Gülxar Şərif
-
Ekologiya17:20Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
-
ABŞ17:10ABŞ İranla müharibədə neçə təyyarə itirib? - CNN hərbi sirri yaydı
-
Region16:51Bu ölkədə əhali 40 günə yaxındır ki internetsiz qalıb
-
Hadisə14:42Nazir Badamdardakı sürüşmə sahəsinə getdi - Video
-
Magazin214:10"Kızılcık şerbeti"nin aktyoru: "Bəzən insanlar məni azərbaycanlı hesab edirlər"
-
Hadisə13:35Nazir müavini Keşlədə subasma olan yerə gəldi - Video
-
Magazin212:4061 yaşlı Monika Belluççi yeni ecazkar görkəmi ilə diqqət çəkdi - Foto
-
Hadisə12:05Əfqan Sadıqov Azərbaycana deportasiya edildi



































