ABŞ
ABŞ hərb tarixində BİR İLK - İkinci pilot da İrandan xüsusi əməliyyatla çıxarıldı
Birləşmiş Ştatların xüsusi təyinatlıları cari həftədə İran ərazisi üzərində vurulmuş "F-15" qırıcısının ikinci heyət üzvünü tapıblar.
Publika.az xəbər verir ki, bu barədə Amerika lideri Donald Tramp "Truth Social" sosial şəbəkəsində məlumat verib.
O bildirib ki, hərbçilər ABŞ tarixindəki ən cəsarətli axtarış-xilasetmə əməliyyatlarından birini keçiriblər. Dövlət başçısının sözlərinə görə, məhv edilmiş "F-15"in heyət üzvü cəbhə xəttinin arxasında, İran dağlarında olub.
"Mənim göstərişimlə ABŞ Silahlı Qüvvələri onu gətirmək üçün onlarla təyyarə göndərdi. O, yaralanıb, lakin hər şey yaxşı olacaq", - deyə Ağ Ev sahibi vurğulayıb.
Tramp əlavə edib ki, vurulmuş "F-15"-in digər pilotu bir gün əvvəl xilas edilmişdi. Prezidentin izah etdiyi kimi, ikinci heyət üzvünün xilas edilməsi əməliyyatını təhlükəyə atmamaq üçün bu məlumat indiyədək təsdiqlənmirdi.
"Bu, hərb tarixində iki amerikalı pilotun düşmən ərazisinin dərinliklərində ayrı-ayrılıqda xilas edildiyi ilk hadisədir", — deyə dövlət başçısı qeyd edib.
"The Telegraph" nəşrinin yazdığına görə, İran ərazisi üzərində vurulan "F-15"-in hər iki heyət üzvü katapult edə bilmişdi. Onlardan biri kifayət qədər tez tapılsa da, ikincisinin axtarışına daha çox vaxt tələb olunub. Bu zaman ABŞ Silahlı Qüvvələri ilə İslam Respublikasının təhlükəsizlik orqanları arasında ikinci pilotu tapmaq üçün faktiki olaraq yarış başlamış, Tehran hətta bunun üçün 60 min dollar mükafat elan etmişdi.
Hüseyn İbadlı
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq






































.jpg)
