ABŞ
ABŞ İranla müharibədə neçə təyyarə itirib? - CNN hərbi sirri yaydı
ABŞ İran ətrafında münaqişənin başladığı gündən bəri azı yeddi hərbi təyyarəsini itirib.
Publika.az xəbər verir ki, bu barədə "CNN" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, ötən cümə günü vurulan "F-15" qırıcısı və qəzaya uğrayan "A-10" hücum təyyarəsi ilə yanaşı, daha beş təyyarənin itirildiyi bildirilir:
2 mart: Küveyt üzərində üç "F-15" qırıcısı Küveyt Hava Hücumundan Müdafiə (HHM) qüvvələrinin səhvən açdığı ("friendly fire") atəş nəticəsində vurulub. Altı heyət üzvünün hamısı katapult edib, üç pilot artıq xidmətə qayıdıb.
12 mart: İraqda "KC-135" yanacaqdoldurma təyyarəsi qəzaya uğrayıb, nəticədə 6 ABŞ hərbçisi həlak olub. Pentaqon təyyarənin vurulmadığını, başqa bir təyyarə ilə toqquşduğunu açıqlayıb.
27 mart: Səudiyyə Ərəbistanındakı "Şahzadə Sultan" aviabazasına İranın hücumu nəticəsində ABŞ-ın bir "E-3 Sentry" uzaqmənzilli radiolokasiya aşkaretmə (AWACS) təyyarəsi yerdə məhv edilib. Hadisə zamanı 10 hərbçi yaralanıb.
Ötən ay: Bir "F-35" qırıcısı ABŞ-nin Yaxın Şərqdəki bazalarından birində qəza enişi edib.
Xatırladaq ki, 28 fevral tarixində ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr İranın ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Buna cavab olaraq, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə və ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi obyektlərinə genişmiqyaslı hücumlar təşkil edib.
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq






































.jpg)
