Qırmızı.az
Gəncə və Qubada “Yeni Hədəflərə Doğru”
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə "Yeni Hədəflərə Doğru" Vətəndaş Həməryliyinin gücəndirilməsi çərçivəsində 2016-cı il iyulun 18-də Gəncə, iyulun 25-də isə Quba şəhərində "sosial, iqtisadi və siyasi islahatların əhəmiyyəti və onların icrasına cəmiyyətin münasibəti" mövzusunda konfranslar keçirəcək.
BMAM-ın mətbuat xidmətindən Publika.az-a daxil olan məlumata görə, tədbirlərdə dövlət qurumlarının, QHT və KİV nümayəndələri, gənclər və ictimaiyyət təmsilçiləri olmaqla, ümumilikdə 200 nəfərin iştirakı gözlənilir.
Hər iki konfransda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə aparılan islahatlar, vətəndaş cəmiyyətinin bu proseslərdəki rolu, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə iştirakçılara məlumat veriləcək, ölkədə və regionda baş verən mühüm ictimai-siyasi proseslər müzakirə olunacaq.
Müzakirə şəraitində keçiriləcək konfranslarda həyata keçirilən islahatların icrası vəziyyəti barədə fikir mübadiləsi aparılacaq, ictimaiyyət nümayəndələrinin münasibətləri öyrəniləcək, təkliflər dinləniləcək.
Qeyd edək ki, üç ay davam edəcək tədbirlər çərçivəsində QHT, KİV təmsilçiləri, gənclər, ümumiyyətlə, ictimaiyyət nümayəndələrilə müxtəlif səpkili görüşlər keçiriləcək.
-
Hadisə20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC
-
İdman19:36Bu ölkənin prezidenti Formula 1-də fotoqraf kimi çalışır
-
Ekologiya19:24Bu ərazilərdə temperatur 3-4 dərəcə enəcək
-
Sosial18:00"Azərişıq"da kadr dəyişikliyi
-
Magazin117:24Boşanma xəbərlərindən sonra ilk dəfə bir araya gəldilər - FOTO
-
İKT16:36Ən təhlükəli brauzerlərin adı açıqlandı
-
ABŞ15:25Zelenski gələn həftə Trampla görüşəcək






























