Qırmızı.az
Müsavatdan sonra “Azadlıq” Xədicə İsmayılın HƏDƏFİNDƏ – FOTOFAKT
“Azadlıq” radiosunun jurnalisti Xədicə İsmayıl “Azadlıq” qəzetini tənqid edib.
Publika.az xəbər verir ki, X.İsmayıl özünün “Facebook” səhifəsində “Azadlıq” qəzetinin fəaliyyətinə iradını bildirib.
X.İsmayıl yazıb: "Biri “Azadlıq” qəzetinə izah etsin ki, yazı “dəfələrlə yazmışıq ki,”, “dəfələrlə demişik ki” ifadələri ilə başlayırsa, onu oxuyan olmayacaq. Dəfələrlə deyilən, yazılan sözü camaat axı niyə oxusun? Redaktorlarına bəlkə üç dəfə demişəm. Yəqin, o yazıların əsas məqsədi bu barədə dəfələrlə yazdıqlarını göstərməkdir, problemin məğzini çatdırmaq yox”.
Xatırladaq ki, jurnalist Xədicə İsmayıl həbsdən çıxandan az sonra mətbuata müsahibəsində Müsavat Partiyasını “Yeni Müsavat” qəzetinin təsiri altında olmaqda, partiyanın müxtəlif manevrlərini anlamamaqda ittiham etmişdi.
X.İsmayılın bu ittihamlarına Müsavat Partiyasının başqanının müavini Yadigar Sadıqov cavab verərək bildirmişdi ki, Xədicə İsmayıl həmişə olduğu kimi, yenə də Müsavata qarşı qərəzli mövqe sərgiləyir:
“Müsavatın manevrlərini anlamadığını söyləyən Xədicə İsmayıl, təəssüf ki, yenə də konkretlikdən uzaqdır. Hesab etmirəm ki, partiyamın hansısa anlaşılmaz mövqeyi var. Müsavat ölkədə baş verən bütün hadisələrə operativ, obyektiv reaksiya verir. Partiya təkcə sosial şəbəkədə deyil, həm də real həyatda fəaliyyət göstərir. Prosesləri elə də dərindən izləməyən vətəndaşlar bu gün Müsavat Partiyasını və “Yeni Müsavat” qəzetlərini eyniləşdirirlərsə, bunu anlamaq olar. Amma Xədicə xanım kimi məlumatlı, proseslərdən xəbərdar deyil, bilavasitə proseslərin içində olan birisinin belə iddiada bulunması heyrət doğurur. Artıq 1 ildir ki, Rauf Arifoğlu partiyanın üzvü deyil, Müsavatla qəzeti heç bir şey bağlamır”.
Vasif Həsənli
-
İdman13:50DÇ-nin finalındakı şouda rus sözləri aranı qarışdırıb, FİFA susur - FOTO
-
Ekologiya13:00Gecə yarısı partlayış olub - Yeri nə gözləyir?
-
Rəsmi xronika12:50Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir - Yeniləndi/Foto
-
Köşə11:54Kəsilməmiş qarpız fəlsəfəsi
-
Rəsmi xronika11:03İlham Əliyev Belçika Kralını təbrik etdi
-
Sosial10:24Azərbaycan əhalisinin sayı artdı
-
Region09:48Türkiyə və Rusiya klinikalarında qiymət: Harada daha ucuzdur?
-
Dünya09:42Trampla Meloni arasında qalmaqal yaradan jurnalist öldü
















.jpg)








.jpg)












