Qırmızı.az
Böyükşor gölü təhlükədə
Böyükşor gölünə olan müdaxilələrin qarşısı alınmazsa, göldə ekoloji vəziyyət daha da gərginləşə bilər.
Publika.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin aylıq bülletenində bildirilib.
Məlumatda qeyd edilir ki, Abşeron yarımadasında yerləşən irili-xırdalı göllərin sayı 200-dən çoxdur. Bu göllər yarımadada iqlim şəraitinin, su balansının qərarlaşmasına və bütövlükdə əhalisi sıx olan ərazilərdə ekoloji şəraitə ciddi təsir göstərir.
“Ekoloji vəziyyəti gərgin olan Böyükşor Abşeron gölləri arasında ən böyük su səthinə malik olan göldür. Böyükşor gölü Abşeron yarımadasının mərkəzində, Bakı şəhərinin Binəqədi, Sabunçu və Nərimanov rayonları ərazisində yerləşir. Hal-hazırda gölə bir neçə axarla Binəqədi rayonunun “Baksol” adlandırılan yaşayış massivindən və “Binəqədi Oil” neft-qazçıxarma müəssisəsindən tullantı suların axıdılması davam etdirilir. Gölün səviyyəsinin aşağı salınması məqsədi ilə 1983-cü ildən məhsuldarlığı gün ərzində 36 min m3 olan 12 saylı nasosxana fəaliyyət göstərir. Bu nasosxana vasitəsilə göldən götürülən su Hövsan kanalı vasitəsi ilə Xəzər dənizinə nəql edilir. Hazırda nasosxana “Azərsu” ASC-nin tabeliyindədir. Nasosxananın göldən su qəbulu xəttində 4 ədəd 75 kvt-lıq FQ-450/225 tipli nasos, çıxış xəttində isə 4 ədəd 259 kvt-lıq FQ-540/95 tipli nasoslar istifadə edilir”, - deyə məlumatda vurğulanır.
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək
-
Nida Xəbər 10:27TƏBİB-in icraçı direktoru bu komissiyadan çıxarıldı









.jpg)

.jpg)







.jpg)



.jpg)

.jpg)

.webp)











