Qırmızı.az
Duzlaqda qədim mumiya tapılıb - FOTO
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Pərviz Qasımovun QAZİLER.AZ-a verdiyi xəbərə görə, Güney Azərbaycanın Zəncan şəhərindən 75 km uzaqda yerləşmiş Çehrabad şəhəri yaxınlığındakı duzlaqda (duz yatağı şaxtalarında) e.ə. 4 əsrə aid insan qalıqları tapılıb. Bunlar həmin dövrdə duzlaqlarda işləmiş fəhlələrin qalıqlarıdır. Vaxtilə şaxtada qəza baş verib, fəhlələr duz çökməsinin altında qalıblar.
Amma duz (natrium-xlor) mikrobları məhv etdiyindən üzvü materialda (meyitlər, ağac alətlər, gön-dəri məmulatları, paltar və s) çürümə getməyib. Sadəcə qaxaclanma olub. İndi ingilis, alman, isveç və d. aimlər fars alimləri ilə birgə 2300 il yaşı olan bu nadir tapıntıları tədqiq edirlər. Qeyd edək ki, bu ərazi Duzlaq adlanır. Farslar onu Douzlak kimi yazmış, indi Avropa elmi nəşrlərində tapıntılar "Douzlak tapıntıları" kimi gedir.
Pərviz Qasımov onu da bildirdi ki, maraqlısı onların
ayaqqabıları, çəkmələri, paltarları və hətta əlcəkləridir. Bütün
bunlara arxeoloqlar çox nadir hallarda rast gəlirlər. Olub ki, tunc
və antik dövr Azərbaycan nekropollarında hətta parça və parça
qalıqlarına, üzəri oymalı və yazılı ağac parçalarına rast gəlinib.
Lakin torpaqdan çıxarandan sonra onlar ən tez 12 saat və ya ən gec
1 il içində toza çevrilib dağılıblar.
Məsələn, Mingəçevir ekspedisiyasında XX əsrin 40-cı illərində tunc
dövrünə aid geyim, parça, dəri qalıqlarına kütləvi surətdə rast
gəlindi, hətta dəfn qablarının içində süd məhsuları qalıqları da
var idi. Amma tez bir zamanda çürüyüb toza döndülər. Yaxşı ki, bir
hissəsinin şəklini çəkmək mümkün olmuşdu.
-
Magazin206:46Məşhur müğənni bazarda belə görüntüləndi: Hamam lifi satır - Foto
-
Avropa05:45Fransanın hərbi zavodlarında ard-arda partlayışlar ola bilər - Təhlükə böyüyür
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto













.jpg)







.jpg)












