Qırmızı.az
Prezident NATO baş katibinin yeni təyin olunmuş müavinini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 10-da NATO baş
katibinin yeni təyin olunmuş müavini Sorin Dukarunu qəbul edib.
NATO baş katibinin yeni təyin olunmuş müavini Sorin Dukaru NATO-nun
baş katibi Anders Foq Rasmussenin salamlarını dövlətimizin
başçısına çatdırdı. NATO ilə Azərbaycan arasında tərəfdaşlıq
əlaqələrinin artıq 20 illik tarixə malik olduğunu vurğulayan qonaq
bu əlaqələrin inkişafının önəmini qeyd etdi.
Sorin Dukaru bildirdi ki, ölkəmizə səfərinin əsas məqsədi NATO-nun
"Sülh Naminə Tərəfdaşlıq" Proqramının 20 illik yubileyində və eləcə
də "Sülh və Təhlükəsizlik naminə elm" proqramı üzrə keçiriləcək
informasiya günlərində iştirak etməkdir.
Dövlətimizin başçısı NATO-nun Brüsseldəki mənzil- qərargahında
keçirdiyi uğurlu görüşləri, aparılan müzakirələri məmnunluqla
xatırladı.
Əməkdaşlığımızın böyük tarixə malik olduğunu vurğulayan Prezident
İlham Əliyev tərəfdaşlıq əlaqələrimizin müxtəlif sahələrdə, xüsusi
ilə enerji və Əfqanıstan ilə bağlı əməkdaşlıq sahəsində bundan
sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.
Azərbaycan Prezidenti İlham Əliyev Anders Foq Rasmussenin
salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını
NATO-nun baş katibinə çatdırmağı xahiş etdi.
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi