Qırmızı.az
MİRAS Ağsuda təlimlərini yekunlaşdırıb FOTO
|
29 avqust-3 sentyabr tarixlərində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Ağsu rayonunun Gəgəli, Bico və Qəşəd kəndlərində "Kənd həyat tərzinin inkişafında qadınların rolu" layihəsi çərçivəsində təlimlər keçirilib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin rəhbəri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, layihənin eksperti Prof.Dr. Kübra Əliyeva, təlimçiləri Gülşən Hüseynova və Aidə Məlikova, koordinatoru Rəfael Cəlilovdur. Layihənin işində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin üzvləri könüllü kimi yaxından iştirak ediblər.
Ekoloq-ekspert Gülşən Hüseynova mədəniyyət məhsulu istehsalının menecment və marketinqi mövzusunda məruzə edərək, xalça məmulatları, müxtəlif orijinal qablaşdırma məmulatları, xalça elementlərindən istifadə etməklə geyim aksessuarlarının hazırlanması və s. sənət sahələrinin kənd sakinlərinə gəlir gətirəcəyini qeyd edib. Turizm üzrə ekspert Aidə Məlikova kənd qadınlarının kənd turizminə töhfəsindən danışıb, onların toxuduğu və tikdiyi məhsulların turistlərə Azərbaycan xalqının zəngin sənətkarlığını göstərmək baxımından önəmli olduğunu qeyd edib. Gənc hüquqşünas Xəyal Əsədzadə qadın hüquqları və onların kənd həyatında rolu haqqında danışıb, o qızların oxuması, erkən nikah, dövlət və ictimai işlərdə qadınların fəal iştirakına diqqəti cəlb edib. Elmira Abasovanın məruzəsində kustar əl əməyinin mənəvi-estetik mədəniyyətin formalaşmasına təsirindən danışılıb.
|
||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək

















































