Qırmızı.az
Anar Niftəliyevin istintaqa verdiyi vəsatət təmin olundu
Həkim terroru nəticəsində əməliyyat masasında dünyasını dəyişən Elnarə Tofiqqızının işi ilə bağlı zərərçəkmiş tərəfin vəsatəti əsasında şahidlər dindirilib.
Bu barədə zərərçəkən Anar Niftəliyevin vəkili hüquqşünas Səməd Vəkilov məlumat verib.
Onun sözlərinə görə, Nəsimi Rayon Prokurorluğunda cinayət işini aparan müstəntiq Hafiz Əliyev şahidlər Pərviz Cəbrayıl və Faiq Səfərlinin ifadələrini alıb:
“Adıçəkilən şəxslər Elnarə Tofiqqızını cərrahi əməliyyata aparmazdan əvvəl Anar Niftəliyevin həkimlərlə apardığı danışıqların şahidi olublar. Bu səbəbdən həmin şəxslərin ifadələri istintaqın obyektiv nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət daşıyır. Digər mühüm şahidlər də var ki, onlar da dindiriləcəklər”.
Xatırladaq ki, 1977-ci il təvəllüdlü Elnarə Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Həmin ekspertizaların ilkin rəyinə əsasən, E.Tofiqqızının asfiksiyadan (nəfəs çatışmazlığından) öldüyü məlum olub.
Faktla bağlı 2013-cü il sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi açılıb.
Fərqanə Vəkilova
-
Magazin113:10
Mələkxanım Eyyubovanın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO