Qırmızı.az
Rusiya prezidentinin nümayəndəsi AMEA-da olub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə AMEA-nın yeni açılmış Mərkəzi Kitabxanasında rusiyalı qonaqları qəbul edib.
AMEA-dan publika.az-a verilən xəbərə görə, Rusiya Federasiyası prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvidkoy, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə ilə görüş keçirilib və Rusiya – Azərbaycan mədəni əlaqələrinə dair səmimi söhbətlər edilib.
Sonra İnformasiya Resursları Mərkəzinin (İRM) direktoru Leyla İmanova qonaqları Mərkəzi Kitabxana ilə tanış edib.
Kitabxananın sərgi zalında dünya ədəbiyyatının görkəmli nümayəndələrinin azərbaycan dilinə tərcümə edilmiş nəşrləri, elmi nəşrlər, Azərbaycan Milli Ensiklopediyasının Azərbaycan və rus dillərindən çapa verilmiş ilk cildləri, Nobel mükafatı laureatlarının əsərləri qonaqların marağına səbəb olub. L. İmanova ölkəmizin kitabxanaçılıq tarixində ən müasir avadanlıq və sistemlərin ilk dəfə məhz bu kitabxanada tətbiq olunmasını bildirib, İnformasiya Resursları Mərkəzi və onun fəaliyyət perspektivləri haqqında məlumat verib.
Görüşün sonunda qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi