Qırmızı.az
Uşaqlara qarşı zorakılığın əleyhinəyik – UNICEF
Uşaq müəssisəsindəki son hadisədən narahat olan UNIICEF müəssisələrdə və məktəblərdə uşaqlara qarşı istənilən növ zorakılığın “qəti əleyhinə olduğunu” bildirir. Bu barədə UNICEF-in Azərbaycandakı nümayəndəliyindən Publika.az-ın sorğusuna cavabda bildirilib.
Məlumatda bildirilib ki, UNICEF fərdi halları araşdırmır. Təşkilat hökumətlə birgə işləyir ki, hər bir uşaq istər evdə, istərsə icma daxili zorakılıq qorxusundan azad bir mühitdə böyüyə bilsin:
“UNICEF-in qlobal araşdırmalarına görə müəssisələrdə yaşayan uşaqlara qarşı zorakılıq halları Avropa və Mərkəzi Asiyada müşahidə olunur. Uşaq evlərindən təcridxanalara qədər – müəssisələrdə yaşayan uşaqlar ən həssas qurpdur, çünki onlar cəmiyyətdən təcrid olunaraq qapalı mühitə məruz qalmışlar. Bu mühit nə qədər qapalı olarsa, zorakılıq riski bir o qədər yüksək və onun gündəmə gətirilməsi şansı bir o qədər az olacaq. Bizim, hökumətlə çoxlu sayda yatılı uşaq müəssisələrinin bağlanılması istiqamətində birgə əməkdaşlığın böyük bir səbəbi də elə bundan ibarətdir. Biz bu hadisədən istifadə edərək bir daha de-institutlaşdırmanı cəmiyyətin gündəliyində mümkün olduğu qədər aktuallaşdırmaq istərdik,” deyə cavabda bildirilir.
Gülxar
-
ABŞ20:48Müharibəni sümüklərimdə hiss etdiyim zaman... - Trampdan anons
-
Hadisə20:00Bakıda bu ərazidə yanğın baş verdi - Yeniləndi
-
İnanc19:50Ramazan ayının iyirmi dördüncü günü: İmsak və iftar vaxtı, günün duası
-
Nida Xəbər 18:50Prezident təsdiqlədi: ictimai yerlərdə elektron siqaret çəkənlər...
-
Sosial17:20Bu avtobuslarda yeni qiymətlər müəyyənləşdi
-
Dünya16:52İlbər Ortaylı vəfat etdi
-
İdman16:02Messiyə "Barselona"da bu vəzifə veriləcək
-
Sosial13:30Əlli min müəllim ixtisar oluna bilər - HƏYƏCAN SİQNALI


































