Qırmızı.az
Böyükşorda evlər söküləcək
Böyükşor qəsəbəsinin sakinləri bir həftədən sonra yaşadığı ərazidən köçürüləcək. Bu barədə ANS PRESS-ə Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndəsi Azər Güləmmədov deyib.
O, bildirib ki, qəsəbədə 90-na yaxın yaşayış evi var və hamısında
ölçü işləri aparılıb. Sənədləşmə işləri başa çatdıqdan sonra
Böyükşor qəsəbəsinin sakinlərinin evləri sökülərək ərazidən
köçürüləcək. Sənədləşmə işlərinin bir həftəyə başa çatdırılması
nəzərdə tutulub.
Xatırladaq ki, ötən gün Bakıda Böyükşor qəsəbəsinin sakinləri
evlərinin sökülməməsi ilə bağlı etiraz aksiyaı keçirmişdi. Sakinlər
bildirirdilər ki, Böyükşorda Olimpiya stadionunda tikinti işləri
davam etdiyinə görə, stadiona yaxın “Daşkarxanası“ kimi tanınan
ərazidə yerləşən evlərə ciddi zərər dəyib.
“Evlərimizin divarları çatlayıb. Kommunal xətlər sıradan çıxıb. Tikintidə ağır texnikadan istifadə edildiyinə görə, evdə oturmaq olmur. Bu səbəbdən evlərin divarları zədələnib. Uçma ehtimalı var. Tələb edirik ki, bir halda ölçü işləri aparıblar, gəlib, evlərimizi söksun, bizi başqa yerə köçürsünlər. Artıq səbrimiz tükənib. Dözə bilmirik”, – deyə aksiya iştirakçıları şikayət edib.
-
Dünya13:30
Stokholmda yenə Quran yandırıldı - VİDEO
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU