Qırmızı.az
“AzərTac”la “Səudiyyə Press” memorandum imzaladı
Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakıda keçiriləcək iclası çərçivəsində mayın 30-da AzərTAc ilə Səudiyyə Ərəbistanı Krallığının Səudiyyə Press Agentliyi (SPA) arasında informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.
Memorandumu Dünya Xəbər Agentlikləri Konqresinin sədri, SPA-nın
prezidenti Abdullah bin Fəhd əl-Hüseyn və AzərTAc-ın baş direktoru
Aslan Aslanov imzalamışlar.
Memorandum tərəflərin milli qanunvericiliyinə uyğun olaraq
informasiya sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi
məqsədi ilə hər iki agentlik arasında xəbər, fotoşəkil, təcrübə
mübadiləsini, üzv olduqları beynəlxalq və regional qurumlar
çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.
Tədbirdə Anlaşma Memorandumunun dövlətlərimiz arasında informasiya
sahəsində əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacağı
qeyd edilmişdir.
İmzalanma mərasimindən sonra Dünya Xəbər Agentlikləri Konqresinin
sədri, SPA-nın prezidenti Abdullah bin Fəhd əl-Hüseyn ilə
AzərTAc-da görüş olmuşdur.
Görüşdə AzərTAc-ın baş direktoru Aslan Aslanov qonaqlara 1920-ci
ildə Şərqdə ilk demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyəti
dövründə yaradılmış milli informasiya agentliyinin keçdiyi inkişaf
yolu, müstəqillik illərində əldə etdiyi uğurlar və beynəlxalq
əlaqələri haqqında ətraflı məlumat vermişdir.
AzərTAc-ın SPA agentliyi ilə Dünya Xəbər Agentlikləri Konqresi,
Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı
(OANA) çərçivəsində uğurla əməkdaşlıq etdiyini xatırladan baş
direktor agentliklər arasında informasiya mübadiləsinin vacibliyini
bildirmiş, bu baxımdan imzalanmış memorandumun əhəmiyyətini
vurğulamışdır. SPA ilə bundan sonra daha geniş əməkdaşlıq
ediləcəyinə və iki ölkə arasında informasiya mübadiləsi sahəsində
əlaqələrin genişləndiriləcəyinə əminlik bildirilmişdir.
Səudiyyə Press Agentliyinin prezidenti Abdullah bin Fəhd əl-Hüseyn
Azərbaycana səfərindən məmnunluğunu bildirmiş, Bakıda aparılan
möhtəşəm quruculuq işlərinin onda böyük təəssürat doğurduğunu,
imzalanmış Anlaşma Memorandumunun milli agentliklər arasında
informasiya mübadiləsi işinə töhfə verəcəyini diqqətə
çatdırmışdır.
Qədim tarixə malik AzərTAc ilə Anlaşma Memorandumu imzalamaqdan
məmnunluğunu ifadə edən SPA-nın prezidenti agentliklər arasında
informasiyanın bütün kontentləri üzrə daha fəal mübadilə
aparılacağını xüsusi vurğulamışdır. O bildirmişdir ki, rəhbəri
olduğu agentlik Azərbaycan haqqında xəbərləri təkcə Səudiyyə
Ərəbistanında deyil, bütün ərəb dünyasında yayacaqdır. Bu işdə
AzərTAc Səudiyyə Press Agentliyi üçün əsas və ən etibarlı istinad
mənbəyi olacaqdır.
Agentliyimizin son illərdə qazandığı uğurlar barədə məlumatlı
olduğunu vurğulayan SPA-nn prezidenti bildirmişdir ki, 2016-cı ildə
AzərTAc eyni vaxtda Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya
və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının
(OANA) XVI Baş Assambleyasına ev sahibliyi edəcəkdir. Eyni zamanda,
Avropa Xəbər Agentlikləri Alyansının (EANA) növbəti iclasının da
həmin vaxt Bakıda keçirilməsi nəzərdə tutulur. Beləliklə
2016-2019-cu illərdə AzərTAc Dünya Xəbər Agentlikləri Konqresinə və
OANA-ya sədrlik edəcəkdir.
Bunun AzərTAc üçün həm böyük məsuliyyət və yüksək etimad olduğunu,
həm də Azərbaycan həqiqətlərinin daha geniş coğrafiyada təbliği
işinə töhfə verəcəyini vurğulayan Abdullah bin Fəhd əl-Hüseyn
demişdir ki, ölkənizin və paytaxt Bakının beynəlxalq aləmdə nümayiş
etdiriləcək çox böyük uğurları vardır. Belə mötəbər tədbirlərin
Bakıda keçirilməsi yalnız protokol proseduru deyil, həmçinin dünya
xəbər agentliklərinin diqqətinin Azərbaycana yönəldilməsi
deməkdir.
Sonda Abdullah bin Fəhd əl-Hüseyn AzərTAc-ın kollektivi ilə
görüşmüş, jurnalistlərin suallarını cavablandırmışdır.
-
MDB09:48
Şoyqunun mətbuat katibi də istefa verdi
-
Region09:12
Məhkəmə Ermənistanda çevriliş etmək istəyən Qevondyanla bağlı qərar verdi
-
Nəqliyyat08:35
Bakıda tıxac olan yollar - SİYAHI
-
Dünya08:10
Günəşdə üç güclü partlayış - Maqnit qasırğası olacaq
-
Qoroskop07:39
Ən ikiüzlü bürclər - Onlarla ehtiyatlı olun!
-
Ekopublika.az07:25
Bakıda ən bahalı torpaq harada satılır? - SİYAHI
-
Sağlamlıq07:10
İsti havalarda xaşı bu şorba ilə əvəzləmək olar – Oynaq ağrılarını dayandırır
-
İdman06:14
Şumaxerin ailəsinə təzminat ödəniləcək: Saxta müsahibəyə görə