Qırmızı.az
Bakıda tozun miqdarı normadan 2-3 dəfə çoxdur
"Havada olan toz-duman çirklənməsi 1-2 sutka ərzində səpələnərək qum səviyyəsinə gəlib çıxacaq. Başqa sözlə, 2 sutka ərzində Abşeron yarımadasında atmosferdən toz-duman çirklənməsi təmizlənəcək, hava həmişəki kimi olacaq. Artıq hiss olunur ki, səpələnmə gedir. Olsun ki, küləyin sürəti gecə saatlarında bir az da artacaq".
Bunu Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova söyləyib.
M. Avazova bildirib ki, bu, çirkləndirici toz deyil, fiziki tozdur, təbii haldır:
“3 gün əvvəl Türkmənistanda səhrada burulğanlı külək əsməyə başlayıb. Azərbaycanda isə zəif şərq küləyi əsirdi. Şərq küləyi artıq bu gün şimal-şərq küləyinə keçdikdən sonra küləyin sürəti bir az artdı. Nəticədə həmin tozlu külək Abşeron yarımadası ərazisində də müşahidə olundu. Artıq sabahdan etibarən şimal küləyi əsməyə başlayacaq. Bundan sonra səpələnmə yaxşı getməlidir”,– deyə nazirlik rəsmisi əlavə edib.
Gülşanə Mustafayeva
-
Magazin204:44
Hande dərin dekolteli libasda - FOTO
-
Sosial03:13
Vəzifəli şəxs iş yerindən oğurluq edir? - İDDİA/VİDEO
-
Region02:42
İstanbulda AİLƏ FACİƏSİ: arvadını ov tüfəngi ilə öldürdü, sonra... - VİDEO
-
Magazin202:22
Əməkdar artisti döydülər - Polis hərəkətə keçdi
-
Qoroskop00:15
Günün ULDUZ FALI: bu xəbər güclü emosional rezonans yaradacaq
-
İdman23 May 23:36
Uşağa təcavüz edən məşhur idman jurnalisti SAXLANILDI
-
Region23 May 23:12
Türkiyədən gecə saatlarında dəhşətli xəbər: ölənlər və yaralananlar var
-
Region23 May 23:00
Rəisinin nəşi göyərtədə: elə görüntü yayıldı ki… - ŞOK VİDEO