Qırmızı.az
Avtobus qəzası ilə bağlı cinayət işi açıldı
Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsi bu gün baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.
İyunun 5-də saat 10 radələrində paytaxtın Nizami rayonu ərazisində Əliyev Elnur İlqar oğlunun idarə etdiyi 1 saylı marşrut xətti üzrə hərəkətdə olan “Daewoo” markalı sərnişin avtobusu, Əliyev Elnur Elman oğlunun idarə etdiyi 36 saylı marşrut xətti uzrə hərəkətdə olan “İsuzu” markalı sərnişin avtobusu və Həsənov Müşviq Zaur oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobil toqquşub.
Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsinin yaydığı birgə məlumata görə, hadisə nəticəsində 36 saylı sərnişin avtobusunun sürücüsü Elnur Əliyev, həmin avtobusun sərnişinləri Tural Mehdiyev, Güloğlan Sultanov, Mirhəsən Babayev, Nail Mahmudov, Qurban Dəmirçiyev, Rasim Qəhrəmanov, Sehran Həsənova, Yeganə Bağırova və Əli Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Zərərçəkmişlərdən E.Əliyev, T.Mehdiyev, G.Sultanov və M.Babayev
aldığı xəsarətlərlə bağlı xəstəxanaya yerləşdirilmiş, digərilərinə
isə ilkin tibbi yardım göstərilərək evə buraxılıblar.
Faktla bağlı Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsində
Cinayət Məcəlləsinin 263.1-ci (Yol hərəkəti və nəqliyyat
vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi
başlanmış, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri
istintaq hərəkətləri yerinə yetirilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.
-
Ekologiya02:19Günəşdə güclü PARTLAYIŞ oldu
-
Dünya01:40İki yüksək sürətli qatar relsdən çıxdı - Ölənlər və yarlananlar var
-
Avto01:20Güzəştin ləğvindən sonra maşın bazarında son qiymətlər - VİDEO
-
Qoroskop00:35Günün ulduz falı: Gözlənilməz xərclər ola bilər
-
Magazin118 Yanvar 23:35Arıqlama dərmanı içən Şəbnəm ölümdən döndü - Ürəyi getdi, ağzından köpük gəldi
-
Ekopublika.az18 Yanvar 22:56Bakının bu ərazilərindəki mənzillər rekord qiymətə satılır - Bir kvadratmetri 17 550 manata...
-
Hadisə18 Yanvar 21:45Bakının mərkəzində dönərxana YANDI - VİDEO/YENİLƏNDİ
-
Magazin118 Yanvar 21:39Xalq artistinin oğlunun toyundan GÖRÜNTÜLƏR - VİDEO


















.jpg)



.jpg)










