Qırmızı.az
Asiya İnkişaf Bankının nümayəndələri Gəncədə olub
Bu gün Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Lanqın rəhbərlik etdiyi nümayəndə heyəti Gəncədə olub və şəhərin İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb. Qeyd edək ki, Asiya İnkişaf Bankı verdiyi kreditlər hesabına Azərbaycanda nəqliyyat, energetika, su-kanalizasiya və digər infrastruktur layihələri maliyyələşdirir. Nümayəndə heyətinin rəhbəri yol-nəqliyyat məsələləri ilə bağlı Gəncədə həyata keçirilən layihələrin nəticələri ilə maraqlandığını bildirib.
Şəhər İcra Hakimiyyətinin başçısı Asiya İnkişaf Bankının
kreditləri hesabına Gəncədə həyata keçirilən layihələrin nəticələri
barədə ətraflı məlumat verib, gələcəkdə əməkdaşlıq əlaqələrinin
davam etməsi, daha da genişləndirilməsi barədə dəyərli təkliflərini
irəli sürüb və Asiya İnkişaf Bankının Gəncənin sosial-iqtisadi
inkişafına yaxından kömək göstərdiyinə görə nümayəndə heyətinə
minnətdarlıq edib.
Nümayəndə heyətinin rəhbəri Gəncənin respublikada çox inkişaf etmiş
və önəmli bir şəhər olduğunu, magistral yollarla bərabər ikinci
dərəcəli yolların çəkilişinə də diqqət göstərdiklərini
vurğulayıb.
Asiya İnkişaf Bankının nümayəndə heyətinin rəhbərinə Nizami
Gəncəvinin portreti olan xalça, dahi şairin əsərləri, şəhərin
görkəmli yerlərini əks etdirən foto-albom və suvenirlər hədiyyə
edilib.
Sonda şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Asiya
İnkişaf Bankının vitse-prezidenti Vençay Lanq KİV Nümayəndələri
tərəfindən verilən sualları cavablandırıblar.
-
Hadisə20:00Bakıda bu ərazidə yanğın baş verdi - Yeniləndi
-
İnanc19:50Ramazan ayının iyirmi dördüncü günü: İmsak və iftar vaxtı, günün duası
-
Nida Xəbər 18:50Prezident təsdiqlədi: ictimai yerlərdə elektron siqaret çəkənlər...
-
Sosial17:20Bu avtobuslarda yeni qiymətlər müəyyənləşdi
-
Dünya16:52İlbər Ortaylı vəfat etdi
-
İdman16:02Messiyə "Barselona"da bu vəzifə veriləcək
-
Sosial13:30Əlli min müəllim ixtisar oluna bilər - HƏYƏCAN SİQNALI
-
Sağlamlıq12:59Bu gecə Yer kürəsi vurulacaq - Xəbərdarlıq edildi

































