Qırmızı.az
9 min şagird "ana dili"ndən "iki" alıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 13-də keçirilmiş ilk buraxılış imtahanının statistik nəticələrini və şagirdlərin aldıqları qiymətləri açıqlayıb.
TQDK-nın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iyunun 13-də IX və XI sinif şagirdlər üçün keçirilmiş buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alıblar.
Buraxılış imtahanında 26 380 IX sinif şagirdi iştirak edib. Onlardan 1623-ü “Ana dili”, 2793-ü isə “Riyaziyyat” fənnindən “5 qiyməti alıb. Şagirdlərin 4052-si “Ana dili”, 3530-u “Riyaziyyat” fənnindən “4”, 11730-u “Ana dili”, 9721-i “Riyaziyyat” fənnindən “3”, 8975-i “Ana dili”, 10 336-sı isə “Riyaziyyat” fənnindən “2” qiyməti əldə edib.
İyunun 13-də 11 illik təhsil bazasında keçirilmiş buraxılış imtahanın nəticələrinə dair statistik məlumatlara gəlincə, imtahanlarda 20 052 XI sinif şagirdi iştirak edib. Onlardan da 2890-ı “Ana dili” 2774-ü “Riyaziyyat” fənnindən “5”, 4046-sı “Ana dili”, 4416-sı “Riyaziyyat” fənnindən “4”, 7818-i “Ana dili”, 7471-i “Riyaziyyat” fənnindən “3”, 5298-i “Ana dili”, 5391-i isə “Riyaziyyat” fənnindən “2” qiyməti alıb.
TQDK iyunun 13-də Naxçıvan Muxtar Respublikasında, həmçinin Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Füzuli, Beyləqan və Xocavənd rayonlarında orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirib. Bu imtahanların nəticələri iyunun 15-də saat 13:00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib. İmtahanlarda iştirak etmiş hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı komissiyanın internet sayı ilə yanaşı “Azercell”, “Bakcell” və “Nar Mobile” nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər.
-
ABŞ07:35ABŞ İran dronlarını tutmağın yolunu tapdı - Müharibədə yeni mərhələ
-
Dünya03:43İlber Ortaylının vəsiyyəti ortaya çıxdı
-
Dünya03:19Müharibədə ilk yaşandı: Bəhreyndən İrana ballistik raket atıldı
-
Qoroskop01:40Günün ulduz falı: Sevgidə gizli hisslər üzə çıxa bilər
-
Hadisə13 Mart 23:55Tibb bacısı dedi ki, ciyər kababı al gətir... - Doğuşdan sonra ölən Röyanın qohumları danışdı
-
Elm və təhsil13 Mart 22:06Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
-
ABŞ13 Mart 20:48Müharibəni sümüklərimdə hiss etdiyim zaman... - Trampdan anons
-
Hadisə13 Mart 20:00Bakıda bu ərazidə yanğın baş verdi - Yeniləndi








.png)

























