Qırmızı.az
“İRS” jurnalının Çin dilindəki nömrəsində birinci xanım Mehriban Əliyevanın muğam haqqında məqaləsi dərc edilib
"İRS" jurnalının Çin dilində nəşr olunan növbəti (ikinci) nömrəsi ("İRS-Yichan") çapdan çıxıb.
Publika.az xəbər verir ki, Azərbaycan həqiqətlərinin
tanıdılması, ölkəmizin tarixi və mədəniyyəti haqqında çinli
oxucuların daha dərindən məlumatlandırılması məqsədilə ölkəmizin
Çin Xalq Respublikasındakı səfirliyinin və "İRS" jurnalının
redaksiya heyətinin birgə təşkilatçılığı ilə nəşr olunan jurnalın
növbəti sayı da nəfis tərtibatda diqqəti cəlb edir.
Jurnalın bu nömrəsində xalqımızın muğam mədəniyyətinə qayğısının və
diqqətinin təcəssümü olaraq Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri Mehriban Əliyevanın Qarabağ muğam məktəbi haqqında müfəssəl
məqaləsi Çinli oxuculara təqdim edilib.
Məqalədə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş
muğam sənəti, Azərbaycan muğam məktəbi və onun görkəmli
nümayəndələri haqqında geniş məlumat verilir. Azərbaycan muğam
sənətinin mühüm tərkib hissəsi olan Qarabağ muğam məktəbinin
özünəməxsus üslubu və ənənələri haqqında ətraflı danışılır.
Bundan başqa, jurnalda baş redaktor Musa Mərcanlının Azərbaycan
Xalq Cümhuriyyəti, tarix elmləri doktoru Arif Mustafayevin Xınalıq
kəndi, onun tarixi və sakinləri, tarix üzrə fəlsəfə doktoru
Firdovsiyə Əhmədovanın Azərbaycan Demokratik Respublikasının əsas
nailiyyətləri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovun
Azərbaycanda ordu quruculuğu, Azərbaycanın Milli Kulinariya
Mərkəzinin rəhbəri Tahir Əmiraslanovun armudu stəkanda çay
mədəniyyəti, tarix üzrə fəlsəfə doktoru Ətiqə İzmayılovanın
Azərbaycanın qadın zərgərlik bəzək əşyaları haqqında məqalələri yer
alıb. Jurnalda, həmçinin Çin Sosial Elmlər Akademiyasının Rusiya,
Mərkəzi Asiya və Şərqi Avropa Araşdırmaları İnstitutunun baş elmi
işçisi Yanq Cinin Azərbaycana səfərinin təəssüratları haqqında
məqalə də çap olunub.
"İRS-Yichan" jurnalının nüsxələri Çinin elmi tədqiqat
institutlarına, kitabxanalara, strateji araşdırma mərkəzlərinə,
nüfuzlu ali təhsil ocaqlarına göndərilib.
-
Magazin203:44"Oscar" mərasiminə qatılmaq əvəzinə Ukraynaya gedən Şon Pennin fotoları yayıldı
-
Dünya02:00İran dünyanın ən böyük maye qaz kompleksinə zərbə endirdi - Qətər sərt addım atdı
-
Qoroskop01:40Günün ulduz falı: gələcəklə bağlı planlarınızı yenidən nəzərdən keçirin!
-
Dünya00:55Xəzər dənizindəki İran gəmiləri vuruldu
-
ABŞ18 Mart 21:39ABŞ vizası almaq istəyənlərin nəzərinə: On beş min dollar və ya…
-
Dünya18 Mart 20:12İranın xəbərdarlığı bazarları silkələdi: Neft obyektləri boşaldılır
-
İnanc18 Mart 19:50Ramazanın 29-cu günü: Dua, imsak və iftar vaxtı...
-
Kriminal18 Mart 19:4016 yaşlı Nuranəni boğaraq Kürə atan şəxsin cəzası ağırlaşdırıldı






































