Qırmızı.az
Tunel tipli yol qovşağında işlər yekunlaşmaq üzrədir
Bakı şəhərinin Ziya Bünyadov prospekti
ilə Böyükşor küçəsinin kəsişməsində inşa edilən tunel tipli yol
qovşağının qapalı hissəsində işlər
yekunlaşmışdır.
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”
ASC–nin ictimaiyyətlə əlaqələr xidmətindən AzərTAc-a bildirmişlər
ki, “Texnomost” LİM (hazırkı “Qidrotransproyekt” MMC) şirkəti
tərəfindən layihələndirilən qovşağın tikintisinə 2011-ci ilin mart
ayında başlanılmışdır.
İyul ayında istifadəyə verilməsi planlaşdırılan
tunel tipli yol qovşağında hazırda 1600 metr uzunluğu olan yan
yollarda asfalt örtüyünün salınması, tuneldaxili və yan yollarda
işıq dirəklərinin quraşdırılması, tunelin bağlı hissəsinin üzərində
layihələndirilmiş dairənin tikintisi, “Baksol yolu” istiqamətindəki
140 metr məsafədə isə yolun layihəyə əsasən yenidən qurulması
işləri aparılır.
Qeyd edək ki, Nəqliyyat Nazirliyi “Azəryolservis”
ASC-nin sifarişçisi olduğu layihənin podratçısı “Akkord Sənaye
Tikinti İnvestisiya Korporasiyası” ASC-dir. Ümumi uzunluğu 610,
örtülü hissəsinin uzunluğu 140, hündürlüyü 5,5, hərəkət hissəsinin
eni 23,5, ayırıcı zolağın eni 2 metr olan qovşağın 6 hərəkət zolağı
vardır. Bu göstəricilər nəqliyyatın intensiv hərəkətinə əlavə
imkanlar yaradacaqdır. Tunel beynəlxalq standartlara uyğun
layihələndirilmişdir və 9 ballıq zəlzələyə davamlıdır.
AzərTAc
-
Dünya08:30Bağdaddakı ABŞ səfirliyinə hücum edildi
-
ABŞ07:35ABŞ İran dronlarını tutmağın yolunu tapdı - Müharibədə yeni mərhələ
-
Dünya03:43İlber Ortaylının vəsiyyəti ortaya çıxdı
-
Dünya03:19Müharibədə ilk yaşandı: Bəhreyndən İrana ballistik raket atıldı
-
Qoroskop01:40Günün ulduz falı: Sevgidə gizli hisslər üzə çıxa bilər
-
Hadisə13 Mart 23:55Tibb bacısı dedi ki, ciyər kababı al gətir... - Doğuşdan sonra ölən Röyanın qohumları danışdı
-
Elm və təhsil13 Mart 22:06Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
-
ABŞ13 Mart 20:48Müharibəni sümüklərimdə hiss etdiyim zaman... - Trampdan anons








.png)

























