Qırmızı.az
Çaylarda su azalıb
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında
sululuq ongünlük normanın 50-70, Kiçik Qafqazın çaylarında 20-60,
Lənkəran-Astara bölgəsi çaylarında 10-60, Naxçıvan MR çaylarında
isə
ongünlük normanın 60 faizini təşkil edir.
Publika.az-ın xəbərinə görə, bu barədə
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamenti məlumat yayıb.
İyunun 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun
səviyyəsində 7 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su
sərfi 109 m3/s olmaqla ongünlük normanın 27 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik
müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 59 m3/s olmaqla,
ongünlük normanın 36 faizini təşkil edir.
İyunun 30-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Şirvanda 4, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma, Salyanda 6, Bankədə isə 18 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 296 sm, Şirvanda 141 sm, Salyanda 80 sm, Bankədə 231 sm, Araz çayının Novruzlu məntəqəsində isə 35 sm təşkil edir.
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Nəqliyyat13:40
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"