Qırmızı.az
Azərbaycanda meşə zolağında böyük yanğın
Bu gün 17.00 radələrindən başlayaraq Siyəzən rayonunun Kiçik
Həmyə kəndi ərazisindəki meşə massivində böyük yanğın başlayıb.
ANS PRESS-in məlumatına görə, bu haqda informasiyanı Siyəzən
Fövqəladə Hallar Komissiyasının sədri, Siyəzən RİH başçısının
müavini Zəfər Əliyev yayıb.
Onun sözlərinə görə, yanğını söndürmək üçün FHN-in Siyəzən rayon
dövlət yanğından mühafizə xidmətindən, Sumqayıtdan və qonşu Şabran
və Xaçmaz rayonlarının hər birindən 2 yanğınsöndürən maşın əraziyə
cəlb edilib.
Rayon ərazisindəki su maşınları da meşə massivinin söndürülməsi
əməliyyatında iştirak edirlər.
FHN-in xəttilə yanğın ocağına helikopterlərin də cəlb ediləcəyi
gözlənilir.
Yanğının başlamasına səbəb kimi havaların isti keçməsi
göstərilir.
Meşə massivində başlayan yanğının yaşayış evlərinə keçməməsi üçün
ərazidə qabaqlayıcı tədbirlər görülür.
-
Ekologiya12:24
Sabahın havası: külək əsəcək, şimşək çaxacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu