Qırmızı.az
Nazir əsgərləri təbrik etdi
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Ramazan Bayramı münasibəti ilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.
Publika.az-ın məlumatına görə, təbrikdə qeyd olunub ki, zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar döyüş və mənəvi-psixoloji hazırlığın daha da yüksəldilməsində səylərini artıracaqlar:
"Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və
matroslar!
Sizi Ramazan bayramı münasibəti ilə səmimi-qəlbdən təbrik
edirəm.
Xalqımızın milli-mənəvi dəyərlərini daima yüksək tutan ümummilli
lider Heydər Əliyev milli və dini adət-ənənələrimizin qorunub
saxlanılmasına layiqli töhfələr verib. Bərabərlik və mənəvi
təmizlik kimi yüksək əxlaqi hisslər aşılayan, nəsildən-nəslə
ötürülərək bu günümüzə qədər yaşadılan Ramazan bayramı yüksək
səviyyədə qeyd olunur.
Möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmiz
sivil və demokratik inkişaf yolu ilə inamla irəliləyir. Bu gün
ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin edilmiş, əhalinin
həyat səviyyəsi yaxşılaşmış, respublikamızın müdafiə qüdrəti
artmış, müstəqilliyimiz daha da möhkəmlənib.
İnanıram ki, bundan sonra da Azərbaycan Respublikası
Konstitusiyasına, Hərbi Anda və Nizamnamələrə sadiq qalaraq
respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın
işğalçılardan azad olunması naminə xidməti borcunuzu şərəf və
vicdanla yerinə yetirəcək, döyüş və mənəvi-psixoloji hazırlığın
daha da yüksəldilməsində səylərinizi artıracaqsınız.
Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və
xidmətinizdə uğurlar arzulayıram".
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO