Qırmızı.az
Bu müəssisənin əməkdaşları 7 aydır maaş almır - FOTO
Hazırda 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsində bir neçə aydır maaşlarını ala bilməyən əməkdaşlar idarə binasının qarşısına toplaşaraq əmək haqlarını tələb edirlər.
İdarə əməkdaşları Publika.az-a açıqlamalarında bildirdilər ki, 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi onların maaşlarını may ayından bu yana ödəməyib: “Bizə deyirlər ki, gedin evə, hər şey yaxşı olacaq. Ancaq hər dəfə belə edirlər, maaşlarımızı vermirlər. Hətta bayram günlərində də bizə pul verilmədi. Daha bəsdir, evdə ailəmiz, uşağımız var. Bu gün axşama qədər buradayıq, maaşlarımızı idarədən tələb edəcəyik”.
Məsələ ilə bağlı sözügedən müəssisənin rəhbərliyi ilə əlaqə saxlamağa çalışdıq.
Müəssisənin rəhbəri Əşrəf Lütfəlibəyov zənglərimizə cavab verməsə də, idarə rəisinin müavini Vasif Hüseynov Publika.az-a açıqlamasında bildirdi ki, əməkdaşların etirazları maaşların verilməməsinə görədir: “Bəli, may ayından bəri maaşlar verilmir. Əməkdaşlar da idarəmizə gəliblər, hazırda yığışmışıq, bir yerdə söhbət edirik, müzakirələr aparırıq. Maaşların verilməməsinin səbəbi odur ki, yuxarıdan – Dəmir Yolu İdarəsindən bizə pul verilmir. Ona görə də 7 aydır ki, işçilərin maaşlarının ödənilməsində problemlər yaranıb. Hazırda söhbət aparılır. Gələn həftə ərzində maaşlar verilməlidir”.
Tural Turan
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular











.jpg)






















.jpg)

.jpg)