Qırmızı.az
Gənclər şəhidlərimizi yad etdilər - FOTO
Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar hadisələrindən 32 il ötür. Bu qanlı faciədən uzun illər keçməsinə baxmayaraq, Azərbaycan gəncləri bu tarixi unutmur və faciə qurbanlarını hər il hüznlə anırlar.
Publika.az">Publika.az xəbər verir ki, tariximizin ən faciəli, eyni zamanda xalqımızın azadlıq mübarizəsinin ən şanlı səhifələrindən biri olan 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Gənclərin İnkişaf və Karyera Mərkəzinin 55 şəhər və rayonda fəaliyyət göstərən nümayəndəlikləri tərəfindən bir sıra tədbirlər həyata keçirilib.
Region gəncləri ilk olaraq şəhər və rayon mərkəzlərində yerləşən Şəhidlər Xiyabanı, “20 Yanvar” abidəsini ziyarət edib, şəhid barelyefləri və abidə önünə gül dəstələri düzərək öz ehtiramlarını bildiriblər.
Nümayəndəliklərdə 20 Yanvar faciəsinə həsr olunmuş “20 Yanvar həqiqətləri”, “20 Yanvar – Müstəqilliyə aparan yol” adlı dəyirmi masalar, faciə şahidləri və tarixçilərlə görüşlər təşkil edilib, “20 Yanvar” mövzusunda gənclərin əl işlərindən ibarət rəsmlər sərgilənib, gənclər arasında “Qanlı tarix”, “Tariximizin qəhrəmanlıq salnaməsi” adlı inşa müsabiqələri keçirilib. Mərkəzlərdə “Qanlı Yanvar”, “20 Yanvar – danışan talelər”, “Silahdaşlar”, “Dolu”, “1990-cı ilin 20 Yanvar qəhrəmanları” adlı filmlər nümayiş olunub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
































.jpg)
.jpg)
