Qırmızı.az
Heykəlin başını da qopara bilərdilər – Xanlar Əhmədov “təsbehqıran”lardan DANIŞDI
“Hələ ki, işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işləri görülür. Hazırda uçuq evlərin arasında heykəl qoymaq mümkün deyil. Amma işğaldan azad edilən ərazilərdə də yeni heykəllər ucaldılacaq. Gərək əvvəlcə azad edilən ərazilər tam şəkildə bərpa olunsun”.
Bunu Publika.az-a açıqlamasında rəssam-heykəltaraş, Xalq rəssamı Xanlar Əhmədov deyib.
Xalq rəssamının sözlərinə görə, dövlət orada heykəllərin qoyulması ilə bağlı fikirləşir:
“Bununla bağlı müvafiq qərarlar da veriləcək. İşğaldan azad edilən ərazilərin, şəhərlərin özlərinin liderləri, tanımış ictimai, mədəni xadimləri, ziyalıları olub. Çox güman ki, azad olunan şəhərlərimizdə həmin tarixi şəxsiyyətlərin heykəlləri qoyulacaq. Hələ ki, məndə azad olunmuş ərazilərdə kimlərin heykəllərinin qoyulacağı ilə bağlı məlumat yoxdur. Mən hazırda yaradıcılıq işləri ilə məşğulam. Hələ ki, sakitlikdir. Sərgilərə hazırlaşıram. Oradan da müəyyən işlər seçilə bilər. Yeni müsabiqələrin elan olunması da mümkündür. Yəni, proses bu cür gedir”.
Xanlar Əhmədov Hacı Zeynalabdin Tağıyevin heykəlinin təsbehinin sındırılmasına da münasibət bildirib:
“Heykəlin “təsbehi”ni sındıranlar vandallardır. Hətta istəsələr heykəli aşıra, başını da qopara bilərdilər. Ona görə də mühafizə daha güclü olmalıdır. İndi kameralar da var. Həmin addımı atanlar tutulublar. Yəqin ki, törətdikləri əmələ görə cavab verəcəklər. Mən özüm onların törətdiyi əmələ görə şikayətçi olmayacağam. Onlar vandallıq ediblər və bu fakta görə də cavab verməlidirlər. Mən nə şikayət edim?! Əlimdən gələni elədim, yəni heykəlin sınmış hissəsi bərpa olundu. Heykəl tam hazırdır və yerindədir. Tağıyevin heykəli necə var idisə, elə də dayanıb. Bir çoxları heykəlin postamentin üzərində olmamasını başa düşmədiklərini deyirdilər. Amma düşünürəm ki, Hacı Zeynalabdin Tağıyev xalqın içərisindən çıxan bir adam idi. Ona görə postamentsiz qoymuşuq ki, Zeynalabdin axır ki, gəldi, xalqın arasında özü üçün gəzir, baxır. Heç kəsə yuxarıdan aşağı nəzər salmır. Eyni zamanda, heç kim ona altdan yuxarı baxa bilmir. Bunlar insani ölçülərdir”.
Tural Turan
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
























.jpg)
.jpg)





