Qırmızı.az
Reza Deqatidən Qanlı Yanvar xatirələri: “Bakıya gizli yolla gəldim” - FOTO
Azərbaycan əsilli tanınmış fransız fotojurnalist Reza Deqati sosial şəbəkə hesabından Qanlı Yanvar hadisələri ilə bağlı paylaşım edib.
Publika.az">Publika.azxəbər verir ki, yanvarın 19-dan 20-nə keçən o məşum gecədə sovet əsgərlərinin Bakıda törətdiyi qətliamdan danışan fotoqraf həmin günlə bağlı xatirələrini də bölüşüb.
Fotoqrafın sözlərinə görə, həmin vaxt şəhər jurnalistlər üçün bağlı olub. Ancaq Deqati buna baxmayaraq, gizlincə Moskva qatarı ilə Bakıya gələ bilib.
Məşhur fotoqraf bəzi şəkilləri polis avtomobilinin şüşəsindən çəkdiyini bildirib.
“Rusların bu üsyanı zorakı yolla yatırmağının əyani sübutlarını təqdim etdim”, - deyə o bildirib.
Deqati paylaşımında 20 Yanvar hadisələrinin simvoluna çevrilmiş qərənfildən də danışıb.
“Bu hadisədən sonra milli çiçəklər ölkəni deyil, qanlı gecəni təmsil etdi. Qırmızı qərənfillər artıq müstəqillik uğrunda canlarından keçənlərin xatirəsini yad etmək üçün qəbirlərin üzərinə qoyulur”, - deyə o bildirib.
Deqati şərhinin sonunda bu haqda “The Massacre of the Innocents” (“Məsumların qətliamı”) kitabında ətraflı məlumat verdiyini vurğulayıb.
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR






.jpg)







.jpg)























