Qırmızı.az
Bakı şəhər Prokurorluğunda əməliyyat müşavirəsi keçirildi
Bakı şəhər Prokurorluğu orqanları ötən il ərzində vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsi keçirib.
Bu barədə Publika.az-a Bakı şəhər Prokurorluğundan məlumat verilib.
Müşavirədə qeyd edilib ki, Prezident İlham Əliyevin təşəbbüsü əsasında Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü münasibətilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş “8 noyabr - Zəfər günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən təxirəsalınmadan və düzgün icrası təmin edilməklə Bakı şəhəri üzrə hazırkı dövrədək ümumilikdə 246 nəfər barəsində amnistiya tətbiq edilib, o cümlədən 18 nəfər barəsində bilavasitə prokurorluq orqanları tərəfindən, 228 nəfərə isə daxili işlər orqanları tərəfindən prokurorluğun prosessual rəhbərliyi ilə amnistiya tətbiq edilməklə şəxslər cinayət məsuliyyətindən azad ediliblər.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişləri əsasında Azərbaycan Prokurorluğu öz inkişaflarının yeni mərhələsinə qədəm qoymuş, prokurorluqda yeni müstəvidə davam etdirilən müasir məzmunlu islahat tədbirlərinin nəticəsində Azərbaycan Prokurorluğu mütərəqqi normativ-hüquqi bazası olan, yeni iş prinsipləri əsasında fəaliyyət göstərən dövlət təsisatı kimi inkşaf etmiş, kadr tərkibi yeniləşdirilən prokurorluğun mövcud çatışmazlıqlarını aradan qaldırmağa təminat verən yeni icra və nəzarət mexanizmi yaradılıb.
Azərbaycan Prezidentinin Fərman və Sərəncamları ilə Prokurorluq işçilərinin sosial müdafiəsi gücləndirilib, prokurorluq orqanlarının maddi-texniki bazası möhkəmləndirilmiş, yeni hərbi prokurorluqlar yaradılmış, işçilərin ştat sayı artırılıb.
Azərbaycan Respublikası Baş Prokurorunun rəhbərliyi altında Prokurorluq orqanları ölkəmizdə aparılan mütərəqqi islahatların reallaşdırılmasında öz xidmətlərini göstərir, prokurorluq orqanları dünya standartlarına uyğun şəkildə təkmilləşməklə, sivil, dünyəvi, dövlətçilik ideyalarına sadiqlik nümayiş etdirən, fəal vətəndaşlıq mövqeyində dayanan kollektiv formalaşdırmış və müstəqil dövlətimizin dəstəyinə arxalanmaqla, dövlətçiliyimizin maraqlarının, qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı kəsərli mübarizə aparılması, vətəndaşların hüquqlarının müdafiəsi işində öz xidmətlərini layiqincə göstərməkdədir.
Cinayətkarlığa qarşı mübarizənin vəziyyətinin təhlili göstərir ki, 2021-ci il ərzində Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə cəmi 12761 törədilmiş cinayət hadisəsi qeydiyyata alınıb. Ötən illə müqayisədə 2252 hadisə, yəni 21,4% artım müşahidə edilib.
Əməliyyat müşavirəsində Bakı şəhərinin tabe rayon prokurorları hesabat məruzə ilə çıxış edərək, görülən işlərin vəziyyəti barədə məlumat verib, yol verilən nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlərin görüləcəyini bildiriliblər.
Əməliyyat müşavirəsində qeyd olunmuşdur ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb.
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO