Qırmızı.az
Rektor vəfat edən müəllimdən yazdı: Ölümünə 2 gün qalmış...
“Fədakar müəllimimiz Elxan Əhmədovun rəhmətə getməsindən 40 gün keçdi. “Ölüm haqqdır” deyiblər. Biz Elxan müəllimi 56 yaşında itirdik. Elxan müəllim əsl aiyalı, nümunəvi müəllim, böyük şəxsiyyət və vətənpərvər insan idi. Bizdə müəllim olmamışdan əvvəl SOCAR, BP, Qətər Neft Şirkətlərində mühəndis olaraq çalışmışdır. Səhhəti ilə bağlı ağır işlərdə işləməmək tövsiyə olunub. Mən onu Ali Məktəbimizin neft-qaz mühəndisliyi kafedrasına müəllimliyə dəvət edəndə sevə-sevə bu vəzifəni qəbul etdi”.
Publika.az">Publika.az xəbər verir ki, bu sözləri Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov dünyasını dəyişən müəllim Elxan Əhmədov haqda qeyd edib.
Rektor bildirib ki, E.Əhmədov bütün tələbələrin sevimlisi idi: “Gənc insan olsa da, yaşından çox yaşlı görsənirdi. Vaxtından əvvəl ağsaqqal olmuşdur. Amansız koronavirus xəstəliyi ilə mübarizə aparırdı ömrünün son günlərində. Lakin Elxan müəllim hamımızı təsirləndirən, eyni zamanda bu gün də bizi düşündürən addımları ilə ƏSL MÜƏLLİM obrazını yaratdı xatirələrimizdə.
src="/storage/files/upload/7898d99ddf99091b9b116576a4e1224c94f1e0e8.jpg" style="width: 642px; height: 428px;" class="fr-fic fr-dib">
Dərs dediyi 5-ci kurs tələbələrinə bir-bir zəng edib sonuncu tapşırıqlarını verdi. Qiymətli tövsiyələrini çatdırdı. Ölümünə 2 gün qalmış isə kafedra müdirinə zəng edərək, bu dünya etibarsızdı deyib öz yerinə yaxşı bir müəllim tapdığını, onunla danışdığını, razılaşdığını və onun koordinatlarını verərək sonuncu missiyasını ləyaqət və şərəflə yerinə yetirmiş oldu.
Sonuncu sözü isə, dərsim boş qalmasın demişdi. Azərbaycanda belə müəllimlərimiz kifayət qədərdir.Ancaq yazmırıq onlardan. Tanıtmırıq onları, sevmirik belə yazıları. Maraqlı deyil bizə belə hadisələr. Beləcə insani hisslərimizi yavaş-yavaş itirik. Özümüz hiss etmədən itiririk insani kefiyyətlərimizi.
Əziz dostlarım, yaxşı insanlardan, fədakar şəxsiyyətlərdən daha çox yazaq, tanıyaq onları. Nümunə götürək onlardan. Elxan müəllim, sizə isə Allah rəhmət eləsin. Məkanın cənnətlik olsun”.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





























.jpg)







.jpg)


